Gecə qəfil oyananlar üçün yuxuya qaytaran üsul

Bölmə: Maraqlı › ,
Tarix: 23:30 13.12.2023

Gecənin ortasında oyanmaq çox çətindir, bunu yaşayan hər kəs bilir. Xüsusilə, ertəsi gün gümrah oyanmamaq bir çox şeyin səhv getməsinə səbəb ola bilər. Mütəxəssislər gecə yuxudan oyanan insanlara bu üsullara müraciət etməyi tövsiyə edir.

 

Gecənin ortasında oyanıb yenidən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu, müxtəlif problemlərə görə baş verə bilər. Araşdırmalara görə, böyüklərin 17%-dən çoxunda yuxu problemi var.

 

Mütəxəssislər bildirirlər ki, yuxu pozğunluğunun əsas səbəbləri stress və narahatlıqdır. Həmçinin deyirlər ki, narahat məkanlar, aktiv mühitlər və temperatur səviyyələri gecə oyanmağa təsir edir. Sindromlar da gecə oyanmağa səbəb ola bilər.

 

Gecə yuxudan oyansaq nə etməliyik?

 

Ağıllı yuxu maskası çıxaran yuxu mütəxəssisi Dr. Biquan Luo istehsal etdiyi maskanın sirkadiyalı ritmi tənzimlədiyini bildirir. O, həmçinin gecənin ortasında oyanmağa kömək edə biləcək müxtəlif üsulları izah edib.

 

Gecə yuxudan oyanırsınızsa, Dr. Luo yataqdan dərhal qalxmamalı olduğunuzu bildirir. Bunun əvəzinə istirahət etməyə və yenidən yuxuya getməyə çalışmalısınız. Asanlıqla yuxuya getmək üçün müxtəlif nəfəs məşqləri, tədricən rahatlama hərəkətlərindən istifadə edə bilərsiniz.

 

Dr. Luo bildirir ki, gecənin bir yarısı oyandığınız zaman yataqdan qalxmadan bir müddət yatmağa çalışmalısınız. Ancaq 10 və ya 15 dəqiqədən sonra hələ də çətinlik çəkirsinizsə, yataqdan qalxmaq daha faydalı ola bilər. 

 

Bəs gecələr yuxumuzu itirsək nə etməliyik?

 

Evdə sakit və rahat bir yerə gedib yuxunuz gələnə qədər müxtəlif fəaliyyətlərlə məşğul ola bilərsiniz. Sakitləşdirici fəaliyyətlər buna kömək edəcəkdir. Xüsusilə, kitab oxumaq gözləri yorur və daha tez yuxuya getməyə kömək edir. 

 

Yuxunuz pozulursa, bunları etməyin.

 

Dr. Luonun ən vacib tövsiyələrindən biri oyandıqdan sonra tətbiq olunur. Yuxunuz kəsildikdə telefonla oynamaq və ya saata baxmaq istəyinin sağlamlığa zərər verəcəyini bildirir. Əksinə, belə impulslara qarşı durmaq lazım olduğunu vurğulayır.

 

O bu müqaviməti belə ifadə edir: "Vaxtı yoxlamaq stressi artıra və yuxunu çətinləşdirə bilər. Həmçinin telefonunuzda saata baxsanız, telefonun məzmunu çox stimullaşdırıcı ola bilər. Bu, istirahət etməyinizə mane olur".

 

Gecənin yarıs oyanmaq bədəninizin özünü proqramlaşdırma tərzi ilə bağlı ola bilər. Ekspert Dr. Luo bu vəziyyəti belə izah edir:

 

"Yuxuya təsir edən iki amil var: Gecənin ilk saatlarında bədənin yorğunluğu yuxuya səbəb olur. Bu, yatmağımıza şərait yaradır. Sonrakı saatlarda bioloji saatımız yuxunun saxlanmasını təmin edir".

 

Dr. Luonun izahı göstərir ki, bioloji saat həmişə dəqiq şəkildə işləmir. Bu, gecələr qəfildən oyanmağınıza səbəb olur.

 

Mütəxəssislər alına biləcək ən təsirli tədbirlərin hər gün eyni saatda oyanmaq, yemək vaxtlarını dəyişdirmək, işığın parlaqlığına diqqət yetirmək, melatonin əlavələri qəbul etmək və idmana önəm vermək olduğunu bildirirlər.

 

Mənbə: Milliyet 

 

Tərcümə etdi: Aydan Qasımova