Portağal kökəlməyə səbəb ola bilərmi?

Bölmə: Maraqlı › ,
Tarix: 13:03 14.12.2023

Arıqlama prosesində olan insanlar meyvələri qəlyanaltı kimi qəbul etdikləri üçün çox vaxt meyvələrin kaloriləri ilə maraqlanırlar. Kalorisi az olan meyvələr arasında yer alan portağal qış aylarında daha çox pəhriz siyahılarında yer alır. 

 

Az kalorili bir meyvə olan portağal kilo verməyə səbəb olmayan meyvədir. Ancaq çəki artımına səbəb olmasa da, nəzarətli şəkildə qəbul edilməməsi çəki artımına səbəb ola bilər. Tərkibində yağların yandırılmasını sürətləndirən portağal lifi olduğu üçün həzm sistemini də dəstəkləyir. Portağal porsiya nəzarəti ilə qəbul edilərsə, çəki artımına səbəb olmaz və hətta kilo verməyə kömək edə bilər. Xüsusilə, qış aylarında sağlam meyvə kimi qəbul edilən portağal qida dəyəri yüksək olan meyvələr sırasındadır. Bir orta ölçülü portağalda 25 qram karbohidrat, 2 qram protein və 5 qram lif var. Lif və vitaminlərlə zəngin olan portağal qış aylarında immunitet sistemini gücləndirə bilir.

 

Portağalın faydaları nələrdir?

 

Tərkibindəki C vitamini sayəsində portağal xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. Bədəni mikroorqanizmlərə qarşı qoruyur və immunitet sistemini dəstəkləyir. Dəmirin udulmasını artırmağa kömək edən portağal qan azlığını da yaxşılaşdırır. Portağal qəbulu böyrək daşlarına da çox faydalıdır. Portağalın tərkibindəki sitrat sayəsində böyrəklərdə kalsium yığılmasının qarşısı alınır. DNT sintezi üçün də vacib olan fol turşusu portağalda olur.

 

Fatimə Mustafayeva

Mənbə: CNN Türk