İngilis çay mədəniyyətinin qaydaları nələrdir?
Bölmə: Maraqlı › ,Tarix: 13:27 14.12.2023
İngiltərədə çay yetişdirilməsə də, çayın Britaniya mədəniyyətində çox mühüm yeri var. Günün iki hissəsi çaya həsr olunur. Bunlardan birincisi saat 15:00-17:00 arasında hazırlanan 'Low Tea', ikincisi isə 'High Tea', yəni saat 17:00-dan sonra hazırlanan saat beş çayıdır. 1600-cü illərdə çinlilər ingilislərə çay satmağa qərar verdilər. Bunun müqabilində gümüş və qızıl istəyirdilər. Lakin çayın içilməsi və yetişdirilməsi ilə bağlı heç bir məlumat verməyiblər. Ona görə də ingilislər çaya süd atırdılar. Nəticədə, yaşıl və qara çayın fərqini belə bilmirdilər.
İllər keçdikcə çinlilər çayın qiymətini tədricən artırdılar və ingilislərin gümüşü tükənməyə başladı. 1828-ci ildə Hindistana təyin olunan lord Bentik Çay Komitəsini yaratdı. Komitənin məqsədi Hindistanda çay yetişdirmək idi. 1848-ci ildə Robert Fortune 3 il Çində yaşayır, məlumat almağa və toxum toplamağa başlayır. Daha sonra Şri-Lanka və Hindistanda çay becərilməyə başlanır.
1700-cü illərdən sonra çay məşhur olmağa başladı. Lakin çay çox bahalı olduğundan bu içkini ancaq burjua və aristokratlar içə bilərdi. Hindistanda yetişdirilən çayların sayı artmağa başladıqca qiymətlər ucuzlaşdıqdan sonra hamı tərəfindən qəbul edilməyə başlandı. Britaniya xalqı arasında günorta çayı ənənə halını alıb.
İngilis çay ənənəsinin qaydaları nələrdir?
İngilislər günorta çayı üçün iki ayrı masa qururlar. Bir masada xidmət verilir, digərində çay içilirse və söhbət edilir. Çay məclisində iştirak edərkən papaqlar, krujeva dəsmalları və ipək əlcəklər kimi zərif aksessuarlardan istifadə etmək vacibdir. Çay çini və ya gümüş stəkanlarda verilməlidir. Çayı müşayiət etmək üçün şirin və duzlu iki növ qəlyanaltı hazırlanır. Saat beş çayı ümumiyyətlə 16:00-17:00 arasında keçirilir. Saat beş çayı ənənəsinə görə çaydanı qonaqlarla eyni masada saxlamaq mədəniyyətsizlik sayılır. Qonaq qəlyanaltıları saat beş çayında bitirməzsə, o, növbəti çay mərasiminə dəvət olunmaya bilər.
Fatimə Mustafayeva
Mənbə: Lezzet