Həqiqətən, neçə saat yuxuya ehtiyacınız var?
Bölmə: Maraqlı › ,Tarix: 13:40 14.12.2023
Yuxu sağlamlığımız üçün ən vacib ehtiyaclardan biridir. Kifayət qədər yatmayan insanlar diqqət çatışmazlığı, yorğunluq, yaddaş problemləri və əhval dəyişikliyi kimi problemlər yaşaya bilər. Bəs, bədənin, həqiqətən, neçə saat yuxuya ehtiyacı var?
Kifayət qədər yuxu almaq sağlamlığınız üçün çox vacibdir. Kifayət qədər yatmaqla özünüzü daha enerjili, diqqətli və sağlam hiss edə bilərsiniz. Deyirlər ki, yetkin insan gündə ən az 7-8 saat yatmalıdır. Ancaq bu müddət insandan-insana dəyişə bilər. Bəzi insanlar 6 saatda istirahət hiss edərkən bəziləri 9 saata ehtiyac duya bilər. Araşdırmalara görə, kifayət qədər yuxu almayan insanlarda şəkərli diabet, ürək xəstəliyi, insult, narahatlıq və depressiya kimi psixi sağlamlıq problemləri riski daha yüksəkdir. Eyni zamanda, keyfiyyətsiz yuxu həyatdan həzzin azalmasına səbəb ola bilər. Yuxu və oyanma vaxtlarınızı nizamlı saxlayın. Hər gecə eyni vaxtda yatmağa və oyanmağa çalışın. Bu, vücudunuza yuxu-oyanma dövrünüzü tənzimləməyə kömək edəcək. Yatmazdan əvvəl rahatlaşdırıcı fəaliyyətlər edin. İsti duş qəbul etmək, kitab oxumaq və ya meditasiya etmək rahatlamağınıza və yuxuya getməyinizi asanlaşdıra bilər.
Yatdığınız mühiti qaranlıq, sakit və sərin tutun. Bu şərtlər yuxuya getməyinizə və yuxu keyfiyyətinizi yaxşılaşdırmağa kömək edəcək.
Mənbə:habertürk
Tərcümə etdi:Sayad Qoşnalıyeva