Marsda aparılan tədqiqatlar öz nəticəsini verib
Bölmə: Maraqlı › ,Tarix: 21:01 15.12.2023
“NASA” 2021-ci ilin 18 fevralından, Mars planetinə “Perseverance” adlı tədqiqat robotu göndərib.
1000 günlük araşdırmanın ardından planet haqqında mühüm məlumatlar alınıb. Bu müddət ərzində “Perseverance” planet səthində mövcud olan qədim bir göl və çayın deltasının tarixi haqqında lazımi detallar əldə edib. ”Planet Səyyahı”nın Mars üzərindəki dərin tədqiqatları sayəsində əldə olunan yeni məlumatlar , planetin sirr altında qalan keçmişinə aid mühüm “parçalar”ın öyrənilməsinə və alimlərin orada yaşamın olub olmamasına daha dəqiq aydınlıq gətirməsinə ciddi kömək edir.
Axtarışların bir hissəsi olaraq, robot-kəşfiyyatçı milyardlarla il əvvəl Jezero kraterini dolduran göllə qidalanan çay deltasının tədqiqini yenicə tamamlayıb. Yol boyu Perseverance həmçinin krater və delta boyunca müxtəlif yerlərdən 23 qaya nümunəsi toplayıb.
Əli Məmmədli