İmtina etməli olduğunuz 7 vərdiş

Bölmə: Maraqlı › ,
Tarix: 22:23 15.12.2023

Vərdişlər gündəlik işlərimizdə müntəzəm olaraq həyata keçirdiyimiz hərəkətlərdir və davamlı olaraq etdiyimiz davranışlardan imtina etmək çətindir. Bununla belə, sağlamlığınızı riskə ata biləcək bəzi vərdişlər var, buna görə də uzaq durmağınız lazım ola bilər. Dərhal imtina etməli olduğunuz vərdişlər... 

 

Səyahət zamanı rahat oturmaq istəyirik, ona görə də ayaqlarımızı ön oturacaqın tablosuna qoyuruq. Ancaq həqiqət budur ki, belə oturmaq hətta təhlükəsizlik kəməriniz bağlı olsa belə, mümkün qəzada üzünüzün dizlərinizə dəyməsi ilə nəticələnə bilər. Nəticədə, sümük qırıqları kimi ciddi vəziyyətlərlə qarşılaşa bilərsiniz. 

Duşdan sonra duş pərdəsini açmaq və yaş dəsmalı asmaq, demək olar ki, qeyri-iradi bir hərəkətdir. Təəssüf ki, bu çox qeyri-sağlam bir vərdişdir, çünki hamamdakı bakteriyalar dəsmalınızın üstündə asanlıqla çoxalır və duş pərdəsinin bir tərəfə yığılan qıvrımlarında kif əmələ gələ bilər. 

Günə qəhvə içməklə başlamaq çox yayılmış vərdişdir. Ancaq bunu acqarına etmək mədə yanması və həzm problemləri kimi vəziyyətlərə səbəb ola bilər. Səhər ac olduğunuz üçün mədəniz mədə turşusunu ifraz etməyə başlayır, ona görə də ac qarnına üstünlük verməməlisiniz.

Film izləyərkən popkorn yemək əvəzedilməz bir ənənədir. Stomatoloqlar deyirlər ki, popkorn parçaları diş ətləri və dişlər arasında ilişib, diqqətdən kənarda qala bilər. 

Hər ehtimala qarşı maşına su qoymaq normaldır, lakin yay aylarında maşında su qabı qoymaq yanğına səbəb ola bilər. Şüşənizdəki su linza rolunu oynaya və günəş işığının ona çatması səbəbindən yanğın başlada bilər. 

Sızanaqlarınızın ətrafındakı bölgənin qırmızıya çevrilməsinin səbəbi vücudunuzun bakteriyalarla mübarizə aparmaq üçün bölgəyə ağ qan hüceyrələri göndərməsidir. Sızanaq çıxardığınız zaman məsamələrin kənarları zədələndiyi üçün dəriniz bakteriyalara qarşı müdafiəsiz qalır və sızanaqları sıxarkən əlləriniz çirklənirsə, yaranın infeksiyaya yoluxma riski var.

Telefonunuzun doldurulması istiləşə və yanğına səbəb ola bilər. Cib telefonları təkmilləşsə də onların ümumi temperaturu sabit qalmaya bilər. Xüsusilə, şarj edən telefon əhəmiyyətli dərəcədə qıza bildiyi üçün diqqətli olmaq vacibdir.

 

Mənbə:habertürk

 

Tərcümə etdi:Sayad Qoşnalıyeva