Əncir qəbul etmək kökəlməyə səbəb ola bilər?

Bölmə: Maraqlı › ,
Tarix: 20:30 18.12.2023

Əncirin tərkibində çoxlu şəkər var. Ona görə də porsiya nəzarəti ilə qəbul etmək faydalıdır. Bu şəkildə qəbul edildiyi zaman kökəlmənizə səbəb olmayacaq. Tərkibindəki lifə görə çox faydalıdır. Bağırsaqların nizamlı və tez işləməsini təmin edir. Bir əncirin orta hesabla 50 kalorisi var. Pəhrizdə olan insanlar orta hesabla 2 ədəd əncir qəbul edə bilərlər. 

 

Əncir sizi kökəldə bilərmi? 

 

Əncirin tərkibində çoxlu miqdarda şəkər var. Bu şəkər çəki artımına səbəb ola bilər. Ona görə də pəhriz saxlayan və çəkisinə nəzarət edən insanlar ənciri ehtiyatla qəbul etməlidirlər. Kökəlmək istəyən insanlar çoxlu miqdarda əncir qəbul etməlidirlər. Əncir yaxşı lif mənbəyidir. Qəbizlik problemlərinin aradan qaldırılmasında çox təsirlidir. Lif ehtiyacının 6%-ni ödəyir.

 

Pəhriz zamanı əncir qəbul edilə bilərmi?

 

Pəhriz saxlayan insanlar yedikləri və içdikləri hər yeməyə diqqət yetirirlər. Qidalar şəkərin tərkibi və kalorisi baxımından əhəmiyyətlidir. Əncir çox sağlıqlı meyvədir. Pəhriz saxlayan insanlar səhər yeməyində və ya günorta qəlyanaltı kimi əncirə üstünlük verə bilərlər. Maksimum 2 ədəd əncir qəbul edilə bilər. Artıq çəki Ənciri qəbul edərkən porsiya ölçüsünə diqqət yetirmək çox vacibdir.

 

Fatimə Mustafayeva

Mənbə: CNN Türk