Naringinin inanılmaz faydaları
Bölmə: Maraqlı › ,Tarix: 21:02 18.12.2023
Qış aylarında yetişdirilən yüksək miqdarda C vitamini olan meyvələr qış aylarında daha çox rast gəlinən xəstəliklərə qarşı profilaktik xüsusiyyətlərə malikdir. Bu səbəblə qış aylarında portağal, qreypfrut və limon kimi meyvələrin qəbulu çox əhəmiyyətlidir. Naringi payızda yetişməyə başlayan qış aylarında geniş şəkildə qəbul edilən meyvələrdəndir.
Naringi mövsümdə qəbul edildikdə çox faydalı bir meyvə kimi tanınır. Bu səbəbdən naringinin faydaları saymaqla bitməyəcək qədər çoxdur. Sitrus meyvələri arasında yer alan naringi soyuqdəymə riskini azaldaraq insanların xəstələnməsinin qarşısını alır.Tərkibindəki C vitamini sayəsində soyuqdəyməyə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
İmmuniteti gücləndirir. İmmunitet sisteminin zəifləməsinə səbəb olan bir çox amillər var. Xüsusilə, stress və qidalanma kimi faktorlar immun sisteminin zəifləməsinə və insanların xəstələnməsinə səbəb olur. C vitamini ilə zəngin bir meyvə olaraq insanların xəstəlik riskini azaldır. Xərçəngdən qoruyur və hüceyrələrdə meydana gələn zədələnmə prosesinin qarşısını alır. Tərkibində olan fitokimyəvi maddələr orqanizmdə antikanserogen xüsusiyyətlər yaradır. Antikarsinogen xüsusiyyətləri sayəsində normal hüceyrələrin xərçəngə çevrilməsinin və şişlərin böyüməsinin qarşısını alır.
Qan şəkərini tənzimləyir. Xüsusilə, şəkər xəstələri şəkər miqdarı yüksək olan qidalardan uzaq durmalıdırlar. Bununla belə, mandarin aşağı glisemik indeksi olan bir meyvədir. Təxminən 100 qram naringi 53 kalori ehtiva edir. Xolesterolu aşağı salır. Antioksidantlarla zəngin olan mandarin qəbulunun xolesterini aşağı saldığı məlumdur. Eyni zamanda, tərkibindəki C vitamini ürək xəstəlikləri riskini azaldır.
Fatimə Mustafayeva
Mənbə: CNN Türk