Jurnalistdə olmalı xüsusiyyətlər
Bölmə: Maraqlı › ,Tarix: 12:42 19.12.2023
Mövcud hadisələrlə maraqlanması gözlənilən jurnalistin keyfiyyətləri aşağıdakılardır:
Mürəkkəb məsələləri tez qavramaq və onları sadə, yığcam dillə izah etmək bacarığı
Yaxşı müşahidə və təhlil bacarıqları nümayiş etdirmək
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq
Güclü stress altında işləməyi bacarmaq
Dəyişən vaxt zonalarında uzun saatlarla işləmək bacarığı
Son tarixlərə riayət etmək
Jurnalist: Dürüst, etik və qərəzsiz şəkildə xəbərləri araşdırmaq, sənədləşdirmək, yazmaq və təqdim etmək vəzifəsi daşıyan peşəkarlara verilən addır.
Jurnalistlərin vəzifə və məsuliyyətləri nələrdir?
Jurnalistika ədliyyə, mədəniyyət-incəsənət, idman kimi sahələrə bölünsə də ixtisas sahəsinə uyğun olaraq, bütün sahələrdən xəbər yazan jurnalistlər də var. Peşəkar mütəxəssislərin ümumi iş təsvirlərini aşağıdakı başlıqlar altında qruplaşdırmaq olar:
Press-relizləri oxumaq və mühüm görüşlərdə iştirak etmək,
Xəbər agentliyinin xəbərlərini real vaxt rejimində oxumaq,
Mühüm xəbərləri üzə çıxarmaq üçün araşdırma aparmaq, məlumat toplamaq, yoxlamaq və şərh etmək,
Məhkəmə iclasları, futbol matçları, parlament iclasları kimi ümumi cəmiyyəti narahat edən hadisələrin baş verdiyi yerlərdə olub, hadisələri izləmək,
Texniki avadanlıqdan istifadə etməklə müsahibələrin qeydə alınması,
Xəbər masasında telefonlara cavab vermək,
Ən son inkişafları izləmək üçün gələcək tədqiqatlarda istifadə üçün resurs şəxslərin və qurumların əlaqə məlumatlarını qeyd etmək,
Xəbər axınını davam etdirmək üçün bir çox sosial və peşəkar qruplarla əlaqə saxlamaq,
Fotojurnalistlər, redaktorlar və digər peşəkarlarla əməkdaşlıq edərək Peşənin etik qaydalarına riayət etmək
Mənbə:kariyer.net
Tərcümə etdi:Sayad Qoşnalıyeva