Diş fırçalayarkən edilən səhvlər

Bölmə: Maraqlı › ,
Tarix: 22:35 19.12.2023

Bəzi insanlar dişlərini çox sərt fırçalamaq lazım olduğunu düşünürlər, ancaq bu vəziyyət diş və ağız sağlamlığına təsir edəcək qədər təhlükəli ola bilər. Sizə lazım olan dişlərinizi sərt şəkildə fırçalamaq deyil, ağzınızın ətrafındakı bölgənin hər yerini yaxşıca fırçalamaqdır.

 

Dişlərinizi çox sərt fırçaladığınızın 3 əlaməti:

 

DİŞ ƏTLƏRİNİZ ÇƏKİLMƏYƏ BAŞLAYIR

 

Dişlərimizin hər biri həddindən artıq fırçalama ilə ciddi şəkildə zədələnə bilən mina ilə qorunur. Diş minasının zədələnməsi nəticəsində ətimiz çəkilməyə başlaya və dişlərimizin köklərini böyük təhlükə qarşısında qoya bilər. Dişləriniz bu nöqtəyə çatarsa, artıq sağlam olmayan plomblara, dişlərinizin çəkilməsinə belə ehtiyac ola bilər.

 

DİŞLƏRİNİZ DAHA HƏSSASLI OLA BİLƏR

 

Geri çəkilən diş ətləri kimi diş minası da fırçalandıqda dişlər həssaslaşa bilər. Bunun səbəbi dişlərinizin köklərinin müdafiəsiz qalması və buna görə də onların sinirlərinə güclü zərbə vurulmasıdır. Çox isti və ya çox soyuq içkilər içmək, sərt qidaları dişləmək çox çətinləşirsə, həkimə müraciət etməlisiniz. Siz də dişlərinizi daha yavaş və yumşaq bir şəkildə fırçalamağa başlamalısınız.

 

DİŞ FIRÇANIZIN GÖRÜNÜŞÜ

 

Əgər diş fırçası köhnəlibsə, bu, dişlərinizi səhv fırçaladığınız deməkdir. Diş fırçanız bir neçə həftədən bir dəyişdirilməli kimi görünürsə, deməli, siz onu çox yanlış istifadə edirsiniz.

 

Mənbə: Milliyet

 

Tərcümə etdi: Aydan Qasımova