Xurmanın faydaları nələrdir?
Bölmə: Maraqlı › ,Tarix: 23:08 19.12.2023
Təbii şəkər mənbəyi olan xurma uzun müddət toxluq hissi verir. Tərkibindəki lif olması sayəsində onu ölçülü şəkildə qəbul etmək insanların digər şəkərlərə üz tutmasının qarşısını alır. Xurma pəhriz siyahılarının əvəzolunmaz qidalarından biridir və təbii tərkibi ilə sağlam qəlyanaltıdır. Xurma gündə bir neçə dəfə qəbul edildikdə çəki artımına səbəb olmaz.
Xurma qurudulmuş halda qəbul edilir. Tərkibindəki minerallar və vitaminlər sayəsində ağciyər və ürək sağlamlığını da dəstəkləyir. Orta ölçülü qurudulmuş xurma cəmi 20 kalori ehtiva edir. Tərkibində 0,03 qram yağ, 0,17 qram protein, 3 mq maqnezium və 0,07 mq dəmir var. Orta ölçülü qurudulmuş xurmanın tərkibində 4,5 qram yağ, 0,6 qram lif və 5,33 qram karbohidrat var. Xurma şəkərli qida olsa da, tərkibində təbii şəkər olduğu üçün sağlamdır. Bədənin şəkər ehtiyacını təbii şəkildə qarşılamaq üçün ən yaxşı seçimlərdən biri xurma qəbul etməkdir.
Xurmanın faydaları nələrdir?
Xurma sağlamlığa bir çox faydası olan qidalar sırasındadır. Tərkibində dəmir, kalsium, kalium, sink, fosfor və maqnezium var. Antioksidantlarla zəngin olan xurma orqanizmdə xəstəliklərə səbəb ola biləcək radikallarla mübarizə aparır. Həm də xroniki xəstəliklər üçün risk altında ola biləcək bütün hüceyrələrlə mübarizə aparır. Sümük sağlamlığını dəstəkləyən xurma ürək sağlamlığını da dəstəkləyir. Tərkibindəki B vitamini sayəsində xurma Alzheimer xəstəliyinə qarşı faydalıdır. Təbii şəkərdən ibarət olan xurma şirniyyat və reseptlərdə təbii dadlandırıcı kimi də istifadə edilir. Dərinin elastikliyini və dərini hamar saxlamağa kömək edən D və C vitaminləri olan qidadır.
Fatimə Mustafayeva
Mənbə: CNN Türk