Şəkəri tamamilə kəsəndə belə olur
Bölmə: Maraqlı › ,Tarix: 21:46 21.12.2023
Sağlam qidalanmağa qərar verdiyimiz zaman adətən etdiyimiz ilk şey şəkəri həyatımızdan tamamilə çıxarmaq olur. Ancaq tərəvəz və meyvələrdə olan şəkər sağlamlığınıza və görünüşünüzə fayda verə bilər.
Təbii məhsullarda olan şəkər hər şey kimi ölçülü istifadə edildikdə şirin qida ehtiyacınızı doyurur, əsəblərinizi sakitləşdirir və hətta kökəlməyinizin qarşısını alır. Özünü günahkar hiss etmədən hər gün gərəkli miqdarda şəkər qəbul etmək mümkündür. Şəkərdən tamamilə imtina etsəniz, bədəninizdə baş verən bəzi fərqliliklər bunlardır:
1.Saçlarınız daha yavaş uzana bilər
Pəhrizinizə bir az şəkər qamışı əlavə etmək saçınızın daha sürətli uzanmasına kömək edə bilər. Şəkər qamışı təbii bir sidikqovucudur və bədəninizdən toksinlərin, artıq duzun çıxarılmasına kömək edərək böyrəklərinizin işini asanlaşdırır. Böyrəkləriniz düzgün işləmədikdə saç tökülməsi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
2.Dəriniz ətraf mühitin zərərinə daha həssas ola bilər
Şəkər əlavəsi yüksək olan qidaların sızanaqlara səbəb ola biləcəyi doğru olsa da, qamış şəkəri kimi sağlam şəkərlər dərinizə fayda verə bilər. Şəkər qamışı dərini piqmentasiya və erkən yaşlanmaya səbəb olan sərbəst radikallardan qoruyan antioksidanlarla zəngindir. Bir neçə parça tünd şokoladdan zövq almaq da sizə parlaq dəri əldə etməyə kömək edə bilər.
3.Artıq çəki qazana bilərsiniz
Əgər arıqlamağa çalışırsınızsa, şəkəri pəhrizinizdən tamamilə çıxarmaq əla fikir kimi səslənir. Ancaq özünüzü şirniyyatdan məhrum etmək həddindən artıq yeməyə və şəkər istəklərinə səbəb ola bilər. Orta miqdarda tünd şokolad yemək sizi tox hiss etdirə və artıq çəkidən uzaq tuta bilər. Qamış şəkəri də dad qönçələrinizi doyura və maddələr mübadiləsini sürətləndirərək arıqlamanıza yardım edə bilər.
4.Əhvalınız daha da pisləşə bilər
Pəhrizinizdə köklü dəyişikliklər etmək heç vaxt asan deyil və şəkəri tamamilə kəsmək sizi əsəbi edə bilər. Araşdırmalar göstərib ki, hər gün az miqdarda tünd şokolad yemək stress səviyyənizi azalda bilər və bununla özünüzü daha sakit, həmçinin xoşbəxt hiss edə bilərsiniz.
5.Diqqətinizi cəmləməkdə çətinlik çəkə bilərsiniz
Tünd şokoladın beyinə gedən qan axışını yaxşılaşdırdığı göstərilib. Bundan əlavə, onu ölçülü şəkildə istifadə etmək daha diqqətli olmaq üçün sağlam və dadlı bir yoldur.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova