Yeni nəslin gözündən

Bölmə: Maraqlı › ,
Tarix: 23:21 22.12.2023

Keçmişdən bizə valideynlərimizdən miras qalmış bəzi adət-ənənələr və vərdişlər yeni nəsillərdə də varlığını davam etdirir. Ancaq bəzən bu ənənələri yeni nəsil üçün başa düşmək çətin ola bilər. Yeni nəslin başa düşmədiyi, lakin köhnə nəslin başa düşdüyü ənənələr...

 

Toylar çoxsaylı adət və ənənələrlə bağlıdır. Əvvəllər valideynlərin bütün uzaq qohumlarını və hətta həmkarlarını dəvət etmək adət idi. İndi yeni evlənənlər yalnız müntəzəm ünsiyyətdə olduqları insanları dəvət edirlər. Müharibədən sonrakı dövrdə yetişən nəslin hadisələrə xüsusi münasibəti var. Əşyaları atmaqda çətinlik çəkirlər və bu əşyaları lazımi hal üçün saxlamaq lazım olduğunu hiss edirlər. Məsələn, ad günündə aldıqları ətir 20 il açılmadan qala bilir. Nəhayət, bu əşyalar köhnəlir və yalnız evinizdə yer tutur. Hər evdə müxtəlif bayramlar üçün xüsusi yemək dəsti olmalı idi. Çox yer tutan bu dəstlərdən çox az istifadə olunub. Bu dəstlər toylarda hədiyyə olaraq verilir və ya cehizə daxil edilirdi. Ancaq indiki yeni evlənən cütlüklər pul verilməsini və ya öz əşyalarını seçməyi üstün tuturlar. Böyüklərin başqalarının fikri ilə maraqlanması normal idi.  Yeni nəsil, ümumiyyətlə, yaxın olmadığı insanların fikirlərinə görə narahat olmur.

 

Mənbə:habertürk

 

Tərcümə etdi:Sayad Qoşnalıyeva