Rutinlərimiz bizim məyusluğumuz ola bilərmi?
Bölmə: Maraqlı › ,Tarix: 23:58 22.12.2023
Həyatımız boyu tez-tez bizi xoşbəxt edən şeylər tapmağa çalışırıq. Özümüzü tanımaq və həyatımızın keyfiyyətini yaxşılaşdırmaq üçün bizi xoşbəxt edən şeyləri axtarmaqla yanaşı, həqiqətən bədbəxt edən şeyləri də tanımalıyıq. Bəlkə də, bizi xoşbəxtlikdən uzaqlaşdıran şeylər vərdişlərimizdə gizlidir. Gündəlik işlərimiz xaricində bilmədən etdiyimiz və mənfi şəkildə təkrarladığımız hallar bir müddət sonra vərdiş halına gələ bilir. Hətta bir müddət sonra bunları xarakterimiz adlandıra bilərik. Həyatımızı çətinləşdirən rutinləri dəyişdirmək xoşbəxt anlarımızı artıra bilər.
Son dəqiqə insanı olmaq
Hər işi son anda etmək bir müddət sonra günlərimizi tələsik bitirməmizə səbəb ola bilər. Başlanğıcda “Ən yaxşısı üçün gözləyirəm” kimi baxılan bir proses sonunda mümkün qədər tez tamamlanmağa çalışılır. İşləri son dəqiqəyə buraxmamaq üçün vaxtı idarə etməyi bacarmaq, vaxtımızı qiymətləndirərkən məsuliyyətlərimizə və istirahət zamanlarına diqqət yyetirmə, görüləcək işlərə motivasiya olmaq çox vacibdir. Təəssüf ki, zamanla tələsməyə başladığımızda stress bizə yoldaş olmağa başlayacaq.
İstənilən vaxt hər şeyə yetişə biləcəyini düşünmək
Kömək istənmədən köməyə tələssək, “Onsuz da qarşı tərəf bacarmaz, icazə ver” desək, “Onsuz da başa düşməyəcək, mən özüm edəcəm. Ona izah et” deyərək, təəssüf ki, günün sonunda özümüzə aid olmayan işləri öz üzərimizə götürürük. Üstəlik, qarşı tərəfin təqdirini almaq əvəzinə, “Bunu etməməli idin” və ya “İcazə vermirsən” və s. cümlələri eşidə bilirik. Mükəmməllikçi yanaşma bir müddət sonra daha tez yorulmağımıza səbəb ola bilər.
Qanın ancaq boş tərəfini görmək
Bəzən realizm adı ilə ağıl özünü pisliyə hazırlayır. Bunu tez-tez etməyə başlayanda pessimist düşüncə sahəsinə keçirik. Məsələlər haqqında mənfi düşünəndə müsbət nəticə əldə etmək şansımız azalır və ruhumuza mənfi təsir göstərir. Necə deyərlər, yaxşı düşün və sağal. Müsbət düşünmək reallığı dərk etməkdən uzaqlaşmaq demək deyil.
Yardım istəməkdən çəkinmək
Təəssüf ki, dəstək almamaq və ya kömək istəməmək, bəlkə də, zəif görünəcəyimizi düşündüyümüz üçün, yaxud əvvəllər bunu yaşamadığımız üçün və ya hər zaman başqalarına kömək etmək tərəfində olduğumuz üçün çətinliklərə, tənha hiss etməmizə səbəb ola bilər. Üstəlik, birlikdə asanlıqla aradan qaldırıla bilən problemləri təkbaşına həll etmək çətin ola bilər. Yardım istəməklə yanaşı, kömək etməyə də açıq olmağı qəbul etməyi bacarmalıyıq.
Həyatımıza fərqində olmadan yerləşmiş çoxlu neqativ başlıqlar var ki, onlardan biri də dözümsüzlükdür. Bundan əlavə, əgər bu rutinlər kiçik məsələləri də özümüz üçün problemə çevirmək, arzu və istəklərimizə qarşı səbirsiz olmaq, başqalarına göstərdiyimiz yaxşılığı özümüzə göstərməmək, etdiyimiz və ya etmədiyimiz hər şeydən peşman olmaq, keçmiş zamanın gələcəyimizi idarə etməsini izləməkdirsə, şəxsi baxım və inkişafa vaxt ayırmamaq da onlar arasındadır. Yəni bunlar gündəlik motivasiyamıza mənfi təsir edəcək. Bir günü düşündüyümüzdə həyatımızı asanlaşdıran və ya çətinləşdirən faktorlar, tez-tez etdiyimiz davranışları bədənimiz bir müddət sonra vərdişlərimizə çevirəcək. İndi yeni ildə yeni şüurla yeni rutinlər və yeni vərdişlər qazanmağın vaxtıdır.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova