Saç tökülməsi nədir?
Bölmə: Maraqlı › ,Tarix: 22:51 25.12.2023
Saç tökülməsi yüngül saç incəlməsindən tam keçəlliyə qədər dəyişə bilər.
Saçlar müxtəlif səbəblərdən tökülə bilər. Tibbi baxımdan saç tökülməsi bir neçə kateqoriyaya bölünür:
Telogen effluvium - Saç tökülməsinin bu ümumi forması uzun sürən xəstəlik, ağır əməliyyat və ya ciddi infeksiya kimi ciddi bədən stressindən 2-3 ay sonra baş verir.
Bu, xüsusilə də doğuşdan sonra qadınlarda hormon səviyyələrində ani dəyişiklikdən sonra baş verə bilər. Orta miqdarda saç baş dərisinin bütün hissələrindən tökülür və yastıqda, daraqda fərq edilə bilir.
Dərmanların yan təsirləri — Saç tökülməsi litium, beta-blokerlər, heparin, amfetaminlər və levodopa (Atamet, Larodopa, Sinemet) daxil olmaqla müəyyən dərmanların yan təsiri ola bilər.
Bundan əlavə, xərçəng kimya terapiyasında istifadə olunan bir çox dərman ani saç tökülməsinə səbəb olur.
Tibbi xəstəliyin əlaməti — Saç tökülməsi sistemik lupus eritematosus (lupus), sifilis, tiroid bezinin pozulması (məsələn, hipotiroidizm və ya hipertiroidizm), cinsi hormon balansının pozulması və ya ciddi qidalanma kimi tibbi xəstəliyin əlamətlərindən biri ola bilər. Xüsusilə, protein, dəmir, sink və ya biotin çatışmazlığı - bu çatışmazlıqlar ən çox məhdudlaşdırıcı pəhriz saxlayan insanlarda və çox ağır menstrual axını olan qadınlarda olur.
Tinea capitis (baş dərisinin göbələk infeksiyası) — Müəyyən növ göbələklərin baş dərisinə yoluxduğu zaman yamaqlı saç tökülməsi baş verir. Bu, saçın baş dərisinin səthində qopmasına və baş dərisinin ləpələnməsinə və ya pullanmasına səbəb olur. Tinea capitis uşaqlarda yamaqlı saç tökülməsinin ümumi formasıdır.
Mənbə: health.harbard.edu
Tərcümə etdi: Gülnisə Əfkari