Atəşböcəkləri necə işıq saçır?

Bölmə: Maraqlı › ,
Tarix: 23:25 26.12.2023

Lampyridae ailəsinə aid olan işıq yayan həşəratlara, ümumiyyətlə, atəşböcəyi deyilir. Bütün dişilər və erkəklərin əksəriyyəti işıq saçır. Bu növ böcəklər nəmli mühitləri sevdiyi üçün tropik və mülayim bölgələrdə, adətən bataqlıqlar və ya su kənarları kimi yerlərdə yaşayırlar.

 

Atəşböcəklərinin ən diqqət çəkən xüsusiyyəti onların qısa fasilələrlə işıq saçmasıdır. Bu hadisə onların bədənlərində baş verən bəzi kimyəvi reaksiyalar nəticəsində baş verir. Atəşböcəklərinin qarnının aşağı ucunda yerləşən xüsusi hüceyrələrdən lusiferin adlı maddə ifraz olunur. Lusiferin oksigenlə reaksiyaya girdikdə başqa bir maddəyə çevrilir. Nəticədə hüceyrələrin yerləşdiyi ərazidən işıq yayılır. İşıqların yanıb-sönmə ritmi atəşböcəyinin növündən asılı olaraq dəyişir. Bu xüsusiyyətlər atəşböcəklərinə öz yoldaşlarını tapmağa və müxtəlif növ atəşböcəklərini ayırmağa imkan verir.

 

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova