Ətir necə yaradıldı?

Bölmə: Maraqlı › ,
Tarix: 17:13 27.12.2023

Qədim misirlilər ətirdən eramızdan əvvəl 3000-ci ildə müxtəlif məqsədlər üçün istifadə etməyə başladılar.

Ptolemey dövründə Misirdə tikilmiş məbədlərin divarlarında təsvir edilən yazılara əsasən, qədim misirlilər dini mərasimləri qeyd etmək üçün ətirdən istifadə edirdilər. Onlar xoş qoxuya müqəddəslik əlaməti kimi baxdıqları üçün mumyalama zamanı ətirdən istifadə edirdilər. Kyphi, mumiyalar üçün məbəd buxuru kimi istifadə edilən ən məşhur ətir idi. 

 

 

Qədim Misirlilər şəxsi gigiyenaya əhəmiyyət verirdilər və pis qoxuların qarşısını almaq üçün dərilərini ətirlə təmizləyirdilər.

Ətir hazırlamaq üçün qədim misirlilər "enfleurage" adlı ətir hazırlama texnikasından istifadə edirdilər. Morinqa, kətan toxumu, küncüt və gənəgərçək yağı kimi maddələrdən istifadə edirdilər.

 

Eramızdan əvvəl 1200-cü ildə Mesopotamiyada ətriyyatçı kimi işləyən ilk kimyaçı Tapputi Belatekallim tərəfindən hazırlanmış ətir formulası tapılmışdır.

İşləri mixi lövhələrdə akkad dilində yazılmışdır. Ətriyyatçılar bu yazıları tərcümə etdikdən sonra onun bu gün istifadə etdiyimiz ətir hazırlama üsullarından istifadə etdiyini aşkar etmişlər.

 

Eau de Toilette 14-cü əsrdə ortaya çıxdı.

Eau de Toilette-in tərcüməsi tualet suyu kimi xoşagəlməz səslənsə də, bu ətirlər adi ətirlərdən xeyli ucuz olduğu üçün ən çox satılan ətir növüdür. Bu ətirin ixtiraçısının kim olduğu bilinməsə də, onun Macarıstan kraliçası Elizabet üçün hazırlandığı deyilir.

 

Ətirlər 19-cu əsrdə kütləvi şəkildə istehsal olunmağa başladı və ətirlərə sintetik kimyəvi maddələrin əlavə edilməsi onları hər kəs üçün daha əlverişli etdi.

Və bu, müasir parfümeriyanın başlanğıc nöqtəsi oldu. Burada spirt tərkibli ətirlər yağ əsaslı ətirlərdən daha çox yayılmışdır.

 

Tərkibində sintetik maddələr olan ilk ətir 1889-cu ildə Guerlain brendinin Jicky ətiridir.

Ətir lavanda və vanil qoxularından, az miqdarda sitrus qoxularından ibarət idi. Chanel sintetik ətir istehsalının qabaqcıllarından biri idi və 1921-ci ildə Chanel N°5-i buraxdı. Qoxunun formulunu Ernest Beaux adlı rus-fransız ətriyyatçı yaradıb .

 

2012-ci ildən bəri elm adamları Kleopatranın sıx, ədviyyatlı və bir qədər müşkli şəkildə xarakterizə edilən Mendesian adlı ətrini yenidən yaratmağa çalışırlar.

Tədqiqatçılar hesab edirlər ki, bu ətir mirra, darçın və efir yağlarından ibarətdir. Mendesyanı yenidən yaratmaq ideyası arxeoloqlar tərəfindən 2300 illik ətir fabrikinin xarabalıqlarının aşkarlanması ilə başladı və 2021-ci ilin sentyabrında Yaxın Şərq Arxeologiyasında “Eau de Cleopatra” adlı tədqiqat məqaləsi dərc olundu.

 

Fatimə Mustafayeva

Mənbə: Onedio