Ermənistanın NATO-ya üzv olması bir qədər xəyalidir-Cümşüd Nuriyev

Bölmə: Siyasət › ,
Tarix: 15:50 28.12.2023

"Zənnimizcə, Ermənistan NATO ilə dialoqun dərinləşməsi ucbatından milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyini itirmək təhlükəsini başa düşür".- Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair eksklüziv müsahibəsində deyib. Bu barədə politoloq Cümşüd Nuriyev açıqlama verib.

 

Politoloq bildirib ki, əslində Lavrovun fikirləri daha çox Rusiyanın maraqlarına uyğun olduğuna görə, Ermənistanın NATO ilə dialoqunun milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyini itirmək kimi başa düşürsə, bu o qədər də düzgün yanaşma deyil.

 

"15 ildir ki, Gürcüstan hələ NATO-ya üzv ola bilmir, namizəd kimi indi qəbul edilib. Ermənistanı heç qəbul etməyəcəklər".

 

Cümşüd Nuriyev qeyd edib ki, Lavrov çox ağıllı diplomatdır. O, Ermənistanı bir növ bu yolla şantaj edir ki, suverenliyini itirə bilər.

 

"NATO-nun üzvü olandan sonra ölkələrin hamısı bu və digər formada öz suverenliyinin müəyyən hissəsini NATO-ya vermiş olur. Bu mənada Lavrov haqlıdır".

 

Politoloqun sözlərinə görə, Ermənistanın NATO-ya üzv olması bir qədər xəyalidir.

 

"Ona görə Lavrov Ermənistan daxilində Rusiyanın beşinci kolonuna mesaj verir. Həm də Ermənistana da kifayət qədər fanatlar var. Onları xəbərdar edir ki, Ermənistan müstəqilliyini itirə bilər. Bunun olması ehtimalı çox aşağıdır".

 

Şərhçi həmçinin qeyd edib ki, onsuz da Ermənistan baxmayaraq ki, 105 illik dövlətdir, heç vaxt sərbəst olmayıb, olması da mümkünsüzdür.

 

"Ermənistanın dövlətçilik ənənələri yoxdur. Onlar üçün ancaq günlük keçinmə var. Yəni Azərbaycan türklərindən fərqli olaraq Ermənistanda dövlətçiliyin olmadığına görə, onların suverenlik ənənələri də yoxdur. Belə bir şəraitdə Ermənistanın hansı suverenliyindən danışmaq olar".

 

Cümşüd Nuriyev əlavə edib ki, Ermənistan maraqlara xidmət edən bir dövlətdir.

 

"Ermənistan ermənilərin yaşadığı və Rusiyanın əli ilə Azərbaycan torpaqlarında yaradılan bir dövlətdir. Ona görə də Lavrov bir növ həm də bunu onlara xəbərdarlıq edir ki, biz istəsək, suveren olmayacaqsınız. Amma bütün hallarda bu daha çox diplomatik gedişdir".

 

Aynur Babayeva