Fransa növbəti dəfə Azərbaycan qarşısında acizliyini nümayiş etdirdi-Deputatdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 19:49 28.12.2023

"Azərbaycan Ermənistan üzərində şanlı gələbə qazanıb, torpaqlarını işğaldan azad etdikdən sonra Fransa Azərbaycana qarşı düşmənçilik, məkirli siyasət yürütməyə başladı".- Bu sözləri informator.az- a açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva qeyd edir. 

 

Deputat deyir ki, 2023-cü ilin aprel ayında Azərbaycan Laçın buraxılış məntəqəsi yaratmaqla öz ərazi bütövlüyünü və sentyabrda keçirilən antiterror tədbirlərini uğurla başa çatdırması ilə öz suverenliyini bərpa etməsini Fransa hakimiyyəti həzm edə bilmədi.

 

"BMT Təhlükəsizlik Şurasında Fransanın Azərbaycana qarşı qətnamə gəbul etməsilə bağlı təkliflə çıxış etməsi Makron hakimiyyətinin riyakar siyasətinin növbəti təzahürü idi. Azərbaycanın haqlı mövqeyi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və qətiyyətli siyasəti nəticəsində Fransa məğlubiyyətə düçar oldu. Ermənistan Azərbaycan dövlətinin regionda sülhün, ədalətin bərpa olunması ilə bağlı yaratdığı reallıqla barışsa da Fransa ölkəmizə qarşı növbəti təxribatlar törədir, milli və dövlət maraqlarımıza zidd hərəkətlərindən əl çəkmir. Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı sayəsində Fransanın Azərbaycanda fəaliyyət göstərən cəsus şəbəkəsi ifşa olundu. Bu casus şəbəkəsinin ifşası Azərbaycanla yanaşı Gürcüstanda, Maldovada və bir sıra dövlətlərdə də casusluq hərəkətlərini üzə çıxartdı. Azərbaycanın xüsusi xidmət orqanlarının araşdırması nəticəsində Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının da Azərbaycanda cəsusluq fəaliyyəti üzə çıxdı".

 

Millət vəkilinin sözlərinə görə, Beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan dövləti haqlı olaraq bu əməkdaşların Azərbaycandan persona-non-qranta olunması və 48 saat ərzində Azərbaycanı tərk etmələri üçün Fransa səfirliyinə nota göndərildi. 

 

"Bununla Azərbaycan bir daha Fransanın məkirli, riyakar siyasətini bütün dünyaya sübut etdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, özünü Avropanın ən güclü dövlət olmasını iddia edən Fransa növbəti dəfə Azərbaycan qarşısında acizliyini nümayiş etdirdi. Fransanın Cənubi Qafqaz bölgəsində hansısa nüfuza sahib olması, nəsə diktə etməsi qeyri-mümkündür. Azərbaycan dünyada nüfuzunu günbəgün artıran güdrətli bir dövlətdir və heç bir dövlətin diktəsi ilə hərəkət etmir. Ölkəmizə qarşı təxribat törətmək istəyən istənilən dövlət layiqli cavabını alacaq. Son dövrlər İran və ABŞ Azərbaycanla zor dili ilə danışmağa cəhd göstərdi. Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti, müdrik diplomatiyası nəticəsində Azərbaycanın güclü və güdrətli ölkəyə çevrildiyini, istənilən təxribatdan geri çəkilməyəcəyini dərk edən İran və ABŞ öz səhvlərini başa düşdülər. Bu gün hər iki dövlət Azərbaycanla münasibətlərin normallaşmasına maraq göstərir". 

 

Müsahib əlavə edir ki, Laçın rayonundakı çıxışı zamanı Prezident cənab İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, biz heç bir dövlətdən qorxmuruq.

 

"Bəli, bu gün Azərbaycan güdrətli dövlətdir, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və ən əsası Azərbaycanın İlham Əliyev kimi güclü bir dövlət başçısı var. Azərbaycan bütün dövlətlərlə o cümlədən, Fransa ilə dost və qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa üstünlük verir. Təəssüf ki, bu gün Fransa prezidenti Azərbaycana qarşı yanlış siyasət yürüdür. Ölkəmiz də Fransanın bu siyasətinə adekvat siyasət həyata keçirir. Siyasi və milli təhlükəsizlik sahəsində Azərbaycana məğlub Fransa ölkəmizin mədəni irsinə qarşı da hörmətsizlik nümayiş etdirir".

 

Kamilə Əliyeva sonda bildirir ki, Fransada Natavanın adına parkda Natavanın baryerinə qarşı edilən hörmətsizlik Makron hakimiyyətinin acizliyi və gücsüzlüyünün nümayişidir.

 

"Erməni lobbisinin əlində oyuncaq olan Makron Fransanın dünyadakı nüfuzuna böyük xələl gətirməkdədir. Vaxt gələcək Makrondan sonra hakimiyyətə gələn dövlət başçısı Fransa dövlətinin vaxtı ilə Azərbaycana qarşı düşmənçilik, riyakar siyasət yeritdiyinə görə ölkəmizdən üzr istəyəcək".

 

Nəzrin Mirzəyeva