Yeni il axşamı üçün qidalanma məsləhətləri
Bölmə: Maraqlı › ,Tarix: 15:33 29.12.2023
Yeni ili qarşılamanın ilk saatlarında mədə ağrısı, şişkinlik, həzmsizlik və baş ağrısı kimi problemlərin yaşanmaması üçün diqqətli yeməyin faydalı olduğunu vurğulayan mütəxəssis, dietoloq Berna Arslan soba yeməklərini və ya qril seçməyi tövsiyə etdi. Yüngül başlanğıcları seçərək əsas yeməkdən əvvəl salat, qril, tərəvəzlər və ya zeytun yağlı qəlyanaltılar yeyə edə bilərsiniz, -dedi. Dietoloq Berna Arslan yeni il süfrəsində əylənmək və qarnınızı doyurmaq üçün sağlam qidalanma təklifləri verib. Günə gec saatlarda verilən sağlam və doyurucu səhər yeməyi ilə başlaya bilərsiniz. Daha sonra protein tərkibli qəlyanaltı yeyə və axşam yeməyinə daha sakit keçə bilərsiniz. Yeni il menyusunda hinduşka və dolma, düyü varsa, çörək, xəmir, kimi alternativlərdən uzaq durmağa çalışın.
Yeni il deserti üçün şərbətli desertlərdən uzaq durmağın daha yaxşı olacağını dilə gətirən Berna Arslan “Pudinq, tiramisu, ya da heyva, balqabaq kimi südlü desertləri qaymaqsız seçə bilərsiniz. Yeməkdən sonra çay və ya qəhvəyə davam etməzdən əvvəl mədənin həzm olunması üçün təxminən 40-45 dəqiqə gözləmək vacibdir. Bu sayədə gecənin sonuna doğru meydana gələn həddindən artıq şişkinlik və qarın ağrısının qarşısı alınır. Yeni il gecəsini evdə deyil, restoranda qeyd edirsinizsə, boşqabınızda soussuz qəlyanaltılar seçməyə diqqət edin. Ən əsası yemək seçimləriniz və nə qədər yediyiniz öz əlinizdədir. Bu səbəbdən öz limitinizi təyin edin və hər ləzzətə "hə" deməyin".
Mənbə:cnntürk
Tərcümə etdi:Sayad Qoşnalıyeva