Hindistan səfirinin bu sözləri təəccüblü olmamalıdır-Oqtay Qasımov
Bölmə: Siyasət › ,Tarix: 19:35 02.01.2024
"Cənubi Qafqazda ən güvənli tərəfdaşımız Ermənistandır".-Bu sözləri Hindistanın Ermənistandakı Səfiri söyləyib. Bu barədə informator.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Hindistanla Ermənistan arasında əlaqələr son 4 ildə xeyli inkişaf edib.
"44 günlük savaş öncəsində də Ermənistan Hindistandan müəyən silahlar alıb. Amma o zamanda hindistandan alınan bu silahlar Ermənistana hansısa bir fayda vermədi".
Politoloq qeyd edib ki, digər tərəfdən hindistanlı səfirin açıqlaması Hindistanın mövqeyi baxımından başa düşüləndir.
"Hindistan tarixən Pakistan dövləti ilə düşməndir. Və bu iki ölkə arasında bir neçə dəfə Kəşmir məsələsinə görə savaş çıxıb və bu gündə münasibətlər kifayət qədər gərgindir. Eyni zamanda hə iki dövlət nüvə dövlətidir. Və Hindistan Pakistanla yaxın olan dövlətləri özünə düşmən hesab edir".
Oqtay Qasımov eyni zamanda qeyd edib ki, Hindistanın əsas qorxduğu əməkdaşlıq formatlarından biri də Azərbaycan Pakistan və Türkiyə formatdır.
"Hindistan hesab edir ki, Azərbaycan müstəqilliyin qazanandan bəri, o cümlədən 44 günlük savaşda da Pakitsan Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini bir mənalı şəkildə dəstəkləyib. Və Azərbaycanla Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Buna görədə Hindistan məhz Pakistan üzərindən özünə təhlükə hesab etdiyinə görə, Qafqazda Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmir. Və mümkün qədər Azərbaycanı zəiflətməyə çalışır".
Müsahib əlavə edib ki, Hindistan son bir neçə ildə Ermənistan ordusunun silah-sursatla təminatında əsas rol oynayan ölkəyə çevrilib.
"İki ölkə arasında son 1 ildə hərbi-texniki vasitələrin alınması üçün 700 milyon dollarlıq müqavilələr imzalanıb. Bu hələ mətbuata açıqlanan məlumatlardır. Və Hindistan guya İran, Ermənistanla birlikdə Hindistanı avropaya bağlayacaq şimal-cənub dəhlizi lahiyəsi üzərində guya işləyirdi. Yəni Hindistandan gələn yüklər İran üzərindən keçərək Ermənistana ordanda qara dənizə çıxacaqdı".
Politoloq sonda vurğulayıb ki, Hindistan məhz Pakistanın Azərbaycanla yaxınlığına görə Ermənistanı dəstəkləyir və bölgədə sülhün əldə olunmasında maraqlı deyil.
"Bununla yanaşı burda müəyyən qədər kök yaxınlığı da ola bilər. Ermənilər tarixin ilkin dövrlərində Hindistanda yaşayıb. Onları həmdə tarixi mənəvi əlaqələrdə bağlayır. O baxımdan Hindistan səfirinin bu sözləri təəccüblü olmamalıdır".
Vüqar Alışov