Dəyərlərimizin də ehtiva olunduğu milli tənzimləmə sistemlərimiz güclüdür-Şəbnəm Həsənova

Bölmə: Siyasət › ,
Tarix: 18:09 03.01.2024

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsi zamanı qeyd edib ki,  Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa yalnız bundan faydalanacaq.

 

"Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın"-

deyə o, müsahibəsində əlavə edib.

 

İnformator.az- a açıqlama edən politoloq Şəbnəm Həsənova isə deyir ki, təcrid etmənin, edilmənin heç kimə fayda gətirmədiyi, ya da itki verdiyi reallığı da nəzərə alınaraq xüsusilə də qloballaşma dövründə dövlətlər, təşkilatlar öz fəaliyyətlərinin miqyasını milli hüdudlardan kənarda da genişləndirməlidirlər.

 

"Bu isə müxtəlif regionlarda rıçaqları bir-birinə qarşı oynatmaq imkanlarının qarşısını almaq, həm itkiyə getməmək, ən kritik məqamda isə uduzmamaq baxımından önəmlidir. Beynəlxalq birlik əməkdaşlığının elə məhz Avropa ittifaqı üzvləri üçün uzun tarixi mövcuddur. Mallar, şəxslər, kapital və xidmətlər olmaqla dörd hərəkət azadlığına söykənən ümumi bazar yaratmaq məqsədi sözügedən təsisatın ilkin sənədlərinin preambulasında da açıq şəkildə öz əksini tapıb. Beynəlxalq əməkdaşlığın boğazına ilişən qılçıq isə Soyuq Müharibənin hökmranlığı idi. Elm və texnologiyanın inkişafı ilə dünyaya açılan qapıları, əlçatanlığı qloballaşma diktə edir ki, soyuqluq heç kimə fayda gətirmir".

 

Politoloq bildirir ki, beynəlxalq birlik həmrəyliyinin cari canlanması mühüm institusional, mədəni və siyasi maneələrlə qarşılaşır.

 

" Bu üç amilin hər birinə cənab Prezident İlham Əliyev ADA Universitetində açıq şəkildə ifadə etdiyi bir cümlədə aydınlıq gətirdi: “Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük”. Dövlətimizin başçısı “Euronews”a müsahibəsində isə bildirdi ki, biz regionda rəqabətdən daha çox əməkdaşlığa fokuslandıq. Birincisi, bu amil şəksiz və şübhəsiz birbaşa dövlət başçımızın yürütdüyü siyasət nəticəsində mümkün olmuş məsələdir. Uğur formulu ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumağa sözdə deyil, əməldə müvəffəq olan Liderdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi bu məsələdə hər baxımdan çətin olduğu qədər, həm də mühüm amildir. Beynəlxalq aləmə etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etdik. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bildiksə, deməli, ümumi sözlər deyil, statistik rəqəmlər hər şeyə cavabdır.
Xarici siyasəti olduqca uğurla icra edən dövlət başçımız bildirir ki, “Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə sadəcə energetika sektoru ilə məhdudlaşmayan müsbət kontaktlarımız mövcuddur. Milli və təsisatlar səviyyəsində əlaqələrimiz müsbətdirsə, strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir”. Yəni, Avropa Enerji Komissiyası Azərbaycanı ümumavropa qaz tədarükçüsü adlandırırsa və xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşməklə təsisat bizim əsas ticarət tərəfdaşımızdırsa, niyə bu müsbət trayektoriya daha da sürətləndirilməsin, bu çığır genişləndirilməsin? “Aşağıya doğru yarışın” qarşısını almaq üçün geniş imkanlar mövcuddur".

 

Müsahibin sözlərinə görə, daha çox divident qazanmaq varkən itkiyə getmək heç kimə lazım deyil. Çünki bəlli məsələlər onsuz da qırmızı xəttdir.

 

" Odur ki, soyuqqanlı, praqmatik davranılmalıdır. Dövlətimizin, cəmiyyətimizin bu məsələ ilə bağlı qırmızı xəttləri mövcuddur və bunların keçilməsindən söhbət belə gedə bilməz. Dəyərlərimizin də ehtiva olunduğu milli tənzimləmə sistemlərimiz güclüdür. Daxili işlərimizə qarışmağa, rəqabət, münaqişə məkanına çevrilməsinə icazə verməyəcəyik".

 

Şəbnəm Həsənova Avropa İttifaqı vasitəsilə sülhün imzalanmasına məsələsinə real və ayıq yanaşmaq lazım olduğunu düşünür.

 

" Divident əldə etmək, ya regiona müdaxilə etmək üçün mane olmasınlar, dəstək olmuş kimi varlar. Ermənistanın iqtisadi baxımdan relsə düşməsi, hərəkətə keçməsi üçün ona təkan verilməlidir. Bu, Avropa İttifaqı da olmaqla Qərbi sanki maddi məsuliyyətinin birindən xilas edəcək. Ermənistana nə qədər qrant, yardım vermək olar? Verilsə də bu, bir yerə qədərdir. Çünki verən əl, bir yerdə almaq da istəyir. Düşünürəm ki, artıq bu reallıq hər tərəfdən və qütbdən aydın görünür.
Digər bir reallıq da odur ki, iqtisadi rəqabət qabiliyyəti və tənzimləyici rəqabət məntiqi siyasi gücün kütləvi şəkildə azalması ilə nəticələnir, təşkilati güc itirilir. Münasibətləri və iqtisadi maraqların rəqabət və anlaşma çatışmazlığı kimi səciyyələndirilməsinə qurban vermək olmaz. Əməkdaşlıqda yeni dinamika formalaşdırıb “restart” düyməsinə bir də basılmalıdır".

 

Nəzrin Mirzəyeva