Çipsin insana təsirləri
Bölmə: Maraqlı › ,Tarix: 21:57 03.01.2024
"Bir çox insanlar üçün çipslərə "yox" demək demək olar ki, mümkün deyil. Onların yağ, karbohidrat, natrium və təbii ki, kalori baxımından yüksək olduğunu bilsək də, müqavimət göstərə bilmirik. Amma çipslərin dərinizə nə etdiyini bilirsinizmi?
Demək olar ki, hər kəsin sevimli qidası olan çipslər mütəxəssislər tərəfindən ən zərərli qəlyanaltılar arasında yer alır. Çips yemək sizi kökəltməyə bilər və ya cips yedikdən sonra idman edərək artıq kalori yandıra bilərsiniz. Yenə də əlinizdəki çipsləri yavaş-yavaş buraxın. Çünki bu qida sizi olduğunuzdan daha yaşlı göstərir!
Çipslərin dəriyə təsiri
Çipslərin tərkibində çoxlu yağ, duz və zərərli karbohidratlar var. Xülasə, bu qəlyanaltıda sizin üçün faydalı bir şey yoxdur.
Orqanizm artıq duzu neytrallaşdırmağa və aradan qaldırmağa çalışarkən hüceyrələrdən daha çox maye çəkir. Nəticədə maye çatışmazlığı səbəbindən dəriniz daha quru olur.
Yüksək yağda qızardıldığı üçün qocalma prosesini sürətləndirən və dərinin elastikliyini zəiflədən sərbəst radikalları buraxır.
Bundan əlavə, çipslərdə olan şəkərlər dərinizin kollageninə zərər verir və qocalma prosesini sürətləndirir.
Bir çox bu kimi qidalara bənzər olaraq, kartof çipslərində də diabet, insult və ürək-damar problemləri ilə əlaqəli trans yağlar ola bilər. Bu qeyri-sağlam yağlar dərinizi günəşin ultrabənövşəyi şüalarının zərərinə daha həssas edir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova