Xroniki yorğunluğun psixoloji səbəbləri

Bölmə: Maraqlı › ,
Tarix: 15:58 05.01.2024

Əgər insan nə qədər istirahət etsə də, özünü yorğun hiss edirsə, işləmək istəmirsə, gündəlik işini pozursa, sosial həyatdan uzaqlaşırsa, Xroniki Yorğunluq Sindromu ilə qarşılaşa bilər. 

 

Mütəxəssis Psixoloq Kaan Üçyıldız mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib. Xroniki yorğunluq çağımızın ən vacib psixoloji problemlərindən biridir. Davamlı stress altında yaşayan, çox məsuliyyət daşıyan və gərgin iş tempində çalışan insanlarda daha çox hiss olunur. Bundan əlavə, yuxu rejiminin uyğunsuzluğu insanı xroniki yorğunluğa gətirib çıxara bilər. Bu insanlar nə qədər dincəlsələr də, heç vaxt enerjili hiss edə bilmirlər. Buna görə yorğunluq şikayətləri 6 aydan çox davam edərsə, dəstək axtarılmalıdır. Xroniki yorğunluğun səbəbləri yaş qruplarına görə dəyişir. İş stresi, mənfi münasibətlər və depressiya gənclərdə xroniki yorğunluğa səbəb olarkən, yaşlı insanlarda ölüm qorxusu, sağlamlıq problemləri və həyatla bağlı peşmançılıqlar fərddə xroniki yorğunluğa səbəb ola bilər.

 

Xroniki yorğunluq simptomları və yorğunluq əlamətləri bir-biri ilə qarışdırıla bilər, lakin ən aydın fərq odur ki, insan yataqdan qalxanda belə özünü narahat hiss etməyə davam edir.Təkrarlanan həyat tərzi də xroniki yorğunluğa səbəb ola bilər. Bundan əlavə, qeyri-sağlam qidalanma da xroniki yorğunluğa səbəb olan şərtlərdəndir. Xroniki yorğunluğu psixoloji cəhətdən aradan qaldırmaq üçün insanın mənfi duyğuları müsbət istiqamətdə dəyişdirilməli, stress faktorları tanınmalı və müvafiq mübarizə bacarıqları inkişaf etdirilməlidir. Şəxs məşğul olduğu məşğuliyyətlərə, hobbilərə vaxt ayırmağa çalışmalı, yavaş-yavaş istirahətə sərf olunan vaxtı azaltmalı, sosial əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər görməlidir.

 

Mütəxəssis Psixoloq Kaan Üçyıldız, "Xroniki yorğunluğu aradan qaldırmaq üçün bütün cəhdlər edilmişsə və yorğunluq hiss olunmağa davam edərsə, insan gecikmədən dəstək alaraq bu prosesi idarə edə bilər",- deyib.

 

CNN türk

Təhminə Abdurəhimova