Həmin tələbələr üçün güzəştdən söhbət gedə bilməz-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:36 08.01.2024
Ölkədə əsasən qızılcanın yayılması səbəbilə bəzi tələbələr imtahana girə bilmədiyi üçün narahatdır. Bəs həmin tələbələrə hansı güzəştlər edilir?
Məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov informator.az-a açıqlamasında bildirib ki, daha əvvəldən də məlum haldır ki, tələbə xəstələnibsə, bununla əlaqədar arayış alır.
‘’Tələbənin xəstələndiyinə dair sübutu varsa xüsusilə də infeksion xəstəliyinə yoluxubsa bununla əlaqədar arayış aldığı zaman o imtahan yenidən təşkil olunmalıdır’’.
Müsahib qeyd edib ki, bu vəziyyət bütün dünya universitetlərində belədir.
‘’Həmin tələbələr üçün güzəştdən söhbət açıla bilməz. İmtahanın keçirilməməyindən və ya daha rahat keçirilməyindən söhbət gedə bilməz’’.
Qoşqar Məhərrəmov vurğulayıb ki, beynəlxalq təcrübə belədir ki, sadəcə imtahan həmin tələbələr üçün yenidən keçirilə bilər.
Sevinc Yarməmmədova