"Prius"ların törətdiyi qəzalar
Bölmə: Sosial › ,Tarix: 18:38 08.01.2024
Yəqin ki, şəhərdə şütüyən "Prius"lara diqqət etmisiniz, demək olar ki, əksəriyyəti qəza törədiblər. Avtomobillərin banının fərqli rənglərlə boyalı olması bunu deməyə əsas verir. Onların iştirakı ilə qeydə alınan hadisələr isə demək olar ki, ağıla gəlməz səbəblərdən baş verir. Düz yolda deyil, insanların istifadə etdiyi pilləkənlə hərəkət edən "Prius"u misal göstərmək olar. Hərkəsə məlumdur ki, sözügedən nəqliyyat vasitələrinin çoxu taksi fəaliyyəti ilə məşğul olanlara icarəyə verilir, bəlkə də elə bu səbəbdəndir ki, həmin avtomobillərə qarşı münasibət ürəkaçan deyil.
"Priusu" pilləkənlərdə görənlərin çoxu qeyriadi hadisə deyilmiş kimi reaksiya verir. Sanki belə də olmalıdır. Çünki, indiyədək bənzər hallar o qədər baş verib ki, artıq insanların gözü öyrəşib. Bəs bu maşınları niyə bu günə salırlar? Əksəriyyət hesab edir ki, "Prius"un sükanı arxasında əyləşənlər həmin avtomobilləri icarə əsasında idarə edirlər. Yəni onları yalnız pul qazanmaq maraqlandırır, avtomobil yox.
Əslində bu hadisələr icarəyə verəndən daha çox taksi şirkətlərinin adına xələl gətirir. Bəs qarşısını almaqda niyə maraqlı deyillər? Bu sualla və gəncə prospektində baş verən hadisəyə aydınlıq gətirmələri üçün pilləkənlə enmək istəyən sürücünün fəaliyyət göstərdiyi şirkətlə əlaqə saxladıq.
Texniki imkanı olmayan şirkət sürücüsünün avtomobili belə idarə etməyi də təbii ki, normaldır. Normal olmayan məqam göz görə-görə avtomobili uçurumdan aşağı yuvarlayan şəxslərlə icarə müqaviləsinin bağlanmasıdır.
Taksi şirkətindən bildirildi ki, Müxtəlif cür şərtlər var avtomobillərin icarəyə verilməsi məqamında müxtəlif cür şərtlər var.
"Məndəki şərtlər bundan ibarətdir ki, avtomobil icarəyə verilərkən qalmaq şərti ilə verilir. Əgər avtomobil qalmaq şərti ilə notarial qaydada verilirsə, o zaman dəymiş hər hansı zərər və ya yaranmış hər hansı bir problemə görə avtomobil verən tərəf məsuliyyət daşımır. Əgər nəqliyyat vasitəsi qalmamaq şərti ilə verilirsə ikinci tərəfə, bu halda dəymiş hər hansı bir zərəri tərəflər öz aralarında razılaşaraq həll eliyə bilərlər".
Gün ərzində təkcə Bakı şəhərində baş verən qəzalardakı "Prius" sayı da onu deməyə əsas verir ki, deməli həmin nəqliyyat vasitələrinin əksəriyyəti günlük icarə əsasında idarə edilənlərdir. Əksi olsaydı, bəlkə də hadisələrin sayı da azalardı.