Yaşıl çay

Bölmə: Maraqlı › ,
Tarix: 21:20 08.01.2024

Yaşıl çayın məlum faydalarını aşağıdakı kimi sıralamaq olar:

 

Yaşıl çay böyrəklər üçün faydalıdır. Böyrəklərdən ifraz olunan zərərli maddələrin bədəndən çıxarılmasına kömək edir və beləliklə, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

 

Qan təzyiqini tarazlaşdırır.

 

Antioksidant mənbəyi kimi güclü bitki çayıdır.

 

Müxtəlif xərçəng növləri üçün yaxşı olduğunu bəzi araşdırmalar dəstəkləyib.

 

Ağciyərlər üçün faydalıdır.

 

Diş sağlamlığı üçün vacibdir, ağızda yığılan bakteriyaların və dişlərdə lövhə əmələ gəlməsinin qarşısını alır.

 

Qış aylarında baş verən soyuqdəymə kimi xəstəliklərdə immunitet sistemini gücləndirir.

 

Stressin qarşısını alır.

 

Ödəmdən xilas olmağa kömək edir.

 

C vitamini ilə zəngin olan yaşıl çay enerji verən xüsusiyyətlərə malikdir.

 

Dəri sağlamlığı üçün faydalıdır. Dəriyə daha canlı görünüş verir.

 

Beyin funksiyaları üçün faydalıdır.

 

Yaşıl çayın zərərləri

 

Yaşıl çayın istifadə miqdarı çox vacibdir. Çox içsəniz, arzuolunmaz neqativ hallar yarana bilər. Gün ərzində 2 stəkandan çox yaşıl çay içsəniz, yuxusuzluq, əsəbilik, stress, baş ağrısı, ürəkbulanma, iştahsızlıq və qusma kimi hallar yarana bilər. Buna görə də tövsiyə olunan istifadə miqdarını aşmamağa diqqət yetirilməlidir.

 

Mənbə:habertürk

 

Tərcümə etdi:Sayad Qoşnalıyeva