Bu qidalar diabet xəstələri üçün təhlükəlidir!

Bölmə: Maraqlı › ,
Tarix: 19:19 09.01.2024

Dietoloq İrina Pisareva diabet xəstələrini xurma və kişmişdən imtina etməyə çağırıb. O, qadağanın səbəblərini açıqlayıb.

 

Pisarevanın sözlərinə görə, xurma və kişmiş yüksək qlisemik indeksə malikdir, yəni istehlak edildikdən sonra qanda qlükozanın səviyyəsi sürətlə yüksəlir ki, bu da diabet xəstələri üçün təhlükəlidir. Dietoloq həmçinin mədə-bağırsaq xəstəlikləri olan xəstələrə bu iki məhsulu pəhrizdən çıxarmağı tövsiyə edib.

 

Mütəxəssis onu da məsləhət görüb ki, bu məhsulların satılmazdan əvvəl kisələrdə nə qədər saxlandığı bilinmir, buna görə də vaxtı keçmiş məhsulları insanlar almasınlar. Onun sözlərinə görə, əgər saxlama və qablaşdırma zamanı pozuntulara yol verilibsə, məhsulun tərkibində bağırsaq pozğunluğuna, allergiyaya və ya zəhərlənməyə səbəb olan zərərli mikroorqanizmlər ola bilər.

 

Pisareva qeyd edib ki, lakin istənilən quru meyvələr vitamin və faydalı mineralların qiymətli mənbəyidir. O, izah edib ki, onlar təzə meyvələrin faydalı xüsusiyyətlərinin əksəriyyətini özündə saxlayırlar.

 

Mənbə: Lent.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva