Paytaxt köçürüləcək?-Dövlətxan Dövlətxanovdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:50 09.01.2024
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov: paytaxtın Bakıdan köçürülməsi müzakirə olunmur.
İnformator.az xəbər verir ki, İTV-nin "Sabaha saxlamayaq" verilişində Bakının baş planının müzakirəsi zamanı Dövlətxan Dövlətxanov bildirib ki, paytaxtın köçürülməsi müzakirə mövzusu belə deyil.
"Bu, iqtisadi cəhətdən də sərfəli deyil. Bu tip addımlar ərazisi böyük olan ölkələrdə atılır".
Sonda o da vurğulanıb ki, Bakının baş planının əsas məqsədi dayanıqlılığın tənzimlənməsi və doğru inkişafın təminatıdır.
Aynur Babayeva