Füzulidə tikinti-quruculuq işləri aparılır

Bölmə: Sosial › ,
Tarix: 21:21 09.01.2024

İşğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihəsinin icrası intensiv qaydada davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentlik Füzuli şəhərində hazırda mərkəzi su anbarlarının və xarici su təchizatı sistemlərinin tikinti işləri aparır. Yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq.

 

Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsi icra olunur. Layihə 2040-cı ilədək 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə içməli suyun təmin olunması məqsədi ilə Zərgər kəndi yaxınlığında mərkəzi su anbarları inşa edilir.

 

Sahə rəisi Cəmil Əliyev bildirib ki, hər birinin tutumu 8500 kubmetr olan anbarlardan birinin tikintisi yekunlaşmaq üzrədir.

 

"Hazırda armatur və qəlib işləri görülür. 2024-cü ilin birinci rübündə işlər yekunlaşacaq".

 

Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 km uzunluğunda magistral su kəmərinin inşası isə artıq yekunlaşıb.

 

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qeyd edib ki, Füzuli şəhərinin xarici su təchizatı sistemllərinin yaradılması layihəsi çərçivəsində şəhərdən anbar kompleksinə qədər eyni zamanda anbar kompleksindən su mənbəyinə qədər magistral xətlərin tikintisi başa çatıb. 

 

"Bunun ardınca 15 su anbarı qazılacaq. Biuradan çıxan su Füzuli şəhərində 50 min nəfəri su ilə təmin edəcək. Eyni zamanda yaradılan infrastruktur hesabına bir neçə kəndə su veriləcək".

 

Layihə yekunlaşana qədər bərpa edilən Quruçayın məcrası və inşa edilən ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri şəhərdə məskunlaşan əhalinin istifadəsindədir. Kanalizasiyalar üçün isə sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.

 

Gülnar