Azərbaycanda su qıtlığı gözlənilir?
Bölmə: Sosial › ,Tarix: 21:40 09.01.2024
Azərbaycanda su qıtlığı yaşana bilər. Araşdırmalar onu göstərir ki, ölkədə su itkisinin həcmi 48% təşkil edir. Bunun üçün də istifadə etdiyimiz suyun miqdarının adambaşına 150 litrə qədər azaldılacağı ehtimal edilir.
Ekspert Amil Məmmədov bildirib ki, ümumiyyətlə Azərbaycan su ehtiyatı cəhətdən bir qədər kasad ölkədir.
"Ölkədə formalaşan, bərpa olunan su ehtiyatlarının 70% dən çox hissəsi ölkədən xaricdən daxil olur. Nəzərə alsaq bizim coğrafi deməli mövqeyimizi yəni böyük Qafqaz və Kiçik Qafqaz dağlarının arasında Kür- Araz ovalığı yarımsəhra relyefə malik bir ərazidir və bu ərazi daim su qıtlığından əziyyət çəkir".
Azərbaycanda içməli su şəbəkəsi geniş olsa da, sistemin köhnəliyi və Bakının relyefinin mürəkkəbliyi sistemdə sızmalara səbəb olur. Bu da ayda 14 gün olmaqla gündə 6 saat suyun fasiləli gecikməsinə səbəb olur.
Amil Məmmədov qeyd edib ki, Suvarm şəbəkəsi üzrə itkilərin azaldılması prosesi həyata keçirilir.
"Bu əsas prioritet məsələdir. Çünki itkilər bəzi hallarda hətta 50% dən də çox təşkil edir. Bunun üçün də müvafiq qurumlar keçmişdə olan torpaq örtüklü suvarma kanalları artıq beton üzlüklü suvarma kanalları ilə əvəz edir və digər yeni texnologiyalar, damcılı suvarma və digər suvarmalardan da istifadə edilir ki, suyun qənaətlə istifadəsinə nail olunsun".
Planda istifadə edilən suyun təkrar emal edilməsi də nəzərdə tutulub. Ekspertlər deyir ki, əgər söhbət təkrar emal edilən suyun içməli su səviyyəsinə gətirilməsindən gedirsə bu baha-başa gələn prosesdir.
Ekspert əlavə edib ki, məişətdə istifadə olunan çirkab suları təmizlənərək yəni müəyyən texnologiyalar imkan verir ki, hətta içməli su səviyyəsinə qədər təmizləsinlər.
"Amma bu biraz baha başa gələn bir prosesdir amma texniki au səviyyəsinə çatdirmaq o qədər də böyük investisiya tələb etmir yəni texniki su səviyyəsinə çatdıranda onu həmin o çirkab sular təmizləndikdən sonra ya sənaye məqsədi ilə, ya da yaşıllıqların suvarılması üçün istifadə edilə bilər".
Qeyd edək ki, hazırda gündəlik su ehtiyatının həcmi adambaşına 288 litr təşkil edir. Bu göstərici 2040-cı ildə 150 litrə qədər azaldılacaq.
Gülnar