Arıqlamaq üçün ac qalmaq doğrudur?

Bölmə: Sosial › ,
Tarix: 19:06 11.01.2024

"Yemək yeməyərək arıqlamaq ən yalnış arıqlama üsuludur". Bu sözləri İnformator.az-a açıqlamasında  həkim -dietoloq və diet kitabları müəllifi  Leyla Zülfüqarlı deyib. Dietoloq düzgün qidalanmanın insan həyatı və yaşamı üçün vacib olduğunu bildirib.

 

"Yeməyərək arıqlamaq ən yalnış arıqlama üsuludur. Çünki rasional sağlam qidalanma elmi deyir ki, qidalar və qidaların tərkibindəki vacib maddələri alaraq siz qidalanmanın 3 mühüm funksiyasını idarə edin. Qidaların tərkibindən aldığımız vitamin və ya minerallarla biz infeksiya və viruslara qarşı dözümlü, zirehlənmiş oluruq". 

 

Leyla xanım qeyd edir ki, insanlar arıqlamaq üçün çox vaxt ən rahat və ən yalnış yola üz tuturlar.

"İnsanlar arıqlamaq üçün ən rahat yola üz tuturlar. Belə ki, ya yemək yeməyib ya da ki iştah azaldan vasitələrdən istifadə edirlər, bu yalnış addımdır. Bu zaman yağ toxuması parçalanmır , sadəcə bədənin əzələsi parçalanır və çox vacib resurs olan hüceyrə arasi mayesini itirmiş olur bu da çox keçmədən təyziq düşməsi , ümumi halsızlıq və vitamin bazasının itirilməsi ilə yekunlaşır hətta çox ağır mərhələlərə gedib bioloji ölümlə də nəticələnə bilər".

 

Dietoloq son olaraq vurğulayıb ki, yalnış qidalanma nəticəsində bir çox məşhur həyatını itirib.

"2023-cü ildə yalnış qidalanma nəticəsində bir çox məşhurun həyatını itirdiyinin şahidi olduq. Ona görə də insanları doğru qidalanaraq doğru arıqlamağa çağırıram".

 

Aydan İsayeva