Bu evlər bağ evi istəyənlərə görə inşa edilməyib-Prezidentdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 22:46 11.01.2024
"Qarabağda tikilən evlər daimi yaşamaq üçündür, bağ evi istəyənlərə görə inşa edilməyib". -Bu sözləri televiziya kanallarına müsahibəsində prezident İlham Əliyev söyləyib. Bildirib ki, bu tələbatı qarşılamaq özəl şirkətlərin üzərinə düşür.
Mütəxəsislər də deyir ki, əgər sahibkarlar Qarabağa investisiya qoysa, həm böyük qazanc əldə edə bilərlər, həm də ölkənin iqtisadiyyatına dəstək verə bilərlər.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük qayıdış planı çərçivəsində yenidənqurma və bərpa işləri fasiləsiz davam etdirilir. Çox mənzilli binalar və fərdi yaşayış evləri tikilir, infrastruktur qurulur, hər cür şərait yaradılır. Bütün bunları dövlət edir. Amma bu evlər o rayonlarda daimi yaşamaq istəyənlər üçün nəzərdə tutulub".
İlham Əliyev qeyd edib ki, əgər kimsə orada sadəcə olaraq, gözəl təbiəti nəzərə alaraq və təmiz havanı nəzərə alaraq köçmək istiyirsə, özəl sektor onlar üçün, məsəl üçün Ağdam şəhərində özəl sektor indi bir yaşayış binası inşa edir, kim istəyir gedib ondan ev alar orda da yaşayar.
"Daşaltında da Hadruda da bu gün bu lahiyələr icra edilir. Ona görə də özəl sektora mənim bu gün tövsiyəm budur ki, bunan istifadə etsinlər".
2026-cı ilə kimi 140 min insanın köçürülməsi nəzərdə tutulan bu rayonlar sahibkarlara bir çox sahədə investisiya imkanları yaradır. Mütəxəsislər deyir ki, işğaldan azad olunan torpaqlarda görülən işlər və bu ərazilərə edilən yatırımlar sahibkarlara böyük qazanclar gətirəcək və eyni zamanda ölkənin də iqtisadiyatına təkan verəcək.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, təkcə dövlət xətti ilə yox, həm də şəxsi investisyalarla, şəxsi alışlarla insanların orda tikintiyə dəstək verəcəyi eyni zamanda da özlərinin zövqünə uyğun olaraq, bazar şərtlərinə uyğun olaraq mənzillər və yaxud da bağ evləri ala biləcəyi həm iqtisadi aktivliyi artıracaq, daşınmaz əmlak bazarını yaxşılaşdıracaq.
"Eyni zamanda tədricən Bakının biz yüklənməsinən danışırıq, bütün fəaliyyətlərin bakıda toplanmasından danışırıq, tədricən də bu sahələrin müəyyən qədər regionlara getməsinə gətirib çıxaracaq".
Bu rayonlardan sahibkarlar sadəcə tikinti və quruculuq sahəsindən gəlir qazanmayacaqlar. Bütün yenidənqurma və bərpa işləri bitdikdən sonra sahikarların əsas gəlir yeri turizim olacaq.
Milli Məclisin üzvü Vüqar İsgəndərovun sözlərinə görə, həmin bölgənin o coğrafi relyefi buna icazə verir ki, sanitor tərəfdən buna baxsaq, dağlıq ərazi, suyuna baxsaq, günəşin düşməsinə baxsaq, ümumiyyətlə havasına baxsaq, bütün parametrlərlə o bölgələr insanların həm daim yaşaması üçün həm gələcəkdə turizim tərəfindən baxsaq bu siyasətdə də Azərbaycan üçün önəmli bölgə olacaq.
"Düşünürük ki, indidən iş adamları bunu bilərək həmin bölgələrə investisiya qoysalar, yatırımlar etsələr, gələcəkdə bunun da çox böyük formada xeyrini götürə biləcəklər, həmin bölgənin potensialı böyükdür".
Bu rayonlara investisiya qoymaq istəyənlər üçün dövlət tərəfindən bütün zəruri şarəitin yaradıldığı, eyni zamanda sahibkarlara müəyyən güzəştlər edildiyi qeyd olunur.