Bəzi insanlar pul qazanmaq üçün insan sağlığına zərər verməkdən çəkinmirlər-Dietoloqdan açıqlama

Bölmə: Sosial › ,
Tarix: 18:06 12.01.2024

Sosial şəbəkələrdə artıq çəkidən qurtulmaq üçün saxta preparatlar reklam edərək insanları aldatma halları müşahidə olunur. Bəs insanlar belə tələyə düşməmək üçün nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Dietoloq Ofeliya Tahirova Informator.az-a açıqlama verib.

 

" İnsanlar daha tez və asan yolla arıqlamağı düşünür, sonrasını isə düşünmürlər. İndi informasiya dövrüdür və bu haqqda kifayyət qədər məlumat var. Demək ki, bu məlumatlar kifayət etmir , bu cür halların qarşısını almaq üçün marifləndirməni gücləndirmək lazımdır. Ümumiyyətlə insan orqanizması üçün ən düzgün çəki vermə üsulu balanslı formada sağlam qidalanmadır".

 

Ofeliya xanım bildirib ki, bu cür qeyri-sağlam arıqlama vasitələri orqanizm üçün çox zərərli və təhlükəlidir.

" Bu cür qeyri-sağlam arıqlama vasitələri əlbəttə ki, orqanizm üçün çox zərərli və təhlükəlidir. hətta hormonal balansın pozulmasına, orqanizmdə yeni xəstəliklərin yaranmasına səbəb ola bilir və xroniki xəstəlikləri tətikləyir. Həzm sistemi orqanlarına çox mənfi təsir edir. Bəziləri isə pul qazanmaq üçün insan sağlığına zərər verməkdən çəkinmirlər. Bu cür vasitələrdən istifadə edərək çəki vermək qeyri-mümkündür. Sadəcə belə vasitələr bədəndən çox miqdarda maye atımına səbəb olur və buna görədə bu vasitələrdən çəki vermək məqsədi ilə istifadə edənlər çəki verdiklərini sanırlar. Bu cür insan sağlamlığı üçün təhlükəli vasitələr ölüm hallarına kimi gətirib çıxara bilər. Əgər həyatımız bizim üçün dəyərlidirsə demək bu kimi vasitələrdən istifadə etməməliyik".

 

Dietoloq son olaraq bu vasitələrin yan təsirlərini vurğulayıb. 

"Bu vasitələrdən istifadə baş ağrısı, ishal, qarında kəskin ağrı, ürək bulanma , qusma kimi hallara gətirib çıxara bilər və ən əsası da bu vasitələri istifadə etdikdən sonra pasientlərin çəkiləri daha sürətlə artmağa və çox çətinliklə azalmağa başlayır". 

 

Aydan İsayeva