Erasmus Proqramı yalnız üstünlüklər qazandırır-Zəhra Rəhimli
Bölmə: Sosial › ,Tarix: 20:54 12.01.2024
"İnformator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Erasmus+ proqramının iştirakçısı Zəhra Rəhimlidir.
Zəhra Rəhimli kimdir?
Zəhra Rəhimli,18.02.2004-cü ildə Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıram.
İndiyədək iki Erasmus+ proqramında iştirakım olub. Erasmus+ proqramı qısa və uzun müddətli olur. Mən tələbə olduğum üçün qısa müddətli layihələrə müraciət etdim. Gələcəkdə uzun müddətli layihələrə müraciət etmək istəyirəm.
Sonuncu iştirak etdiyim proqram "Gənclər və onların psixolojiyası" "Stressin idarə olunması" ilə bağlı idi. Layihə 8 gün müddətində Polşanın Vrotslav şəhərində keçirildi.
Proqram hansı xərcləri qarşılayırdı və tələbləri nələr idi?
Proqram yol xərcləri (gediş-gəliş biletləri), yaşam xərcləri(yerləşdirilmə və qidalanma), gəzinti xərclərini və viza rüsumunu qarşılayırdı.
Proqram A2 və ya B1 səviyyəsində ingilis dilinin olmasını tələb edir. Sosial aktivliyin olması üstünlükdür. Mən Nayorada və Dövlət Miqrasiya xidmətində Beynəlxalq münasibətlər bölməsində, həmçinin digər təşkilatlarda könüllülük fəaliyyətim olub. Bir neçə layihənin təşkilatçısı və idarə heyyətinin üzvü olmuşam.
Proqram sizə nə qazandırdı?
Layihə mənə çox şey qazandırdı. Ən önəmlisi isə şəbəkələşmə,yeni mühit və insanlar tanımaq idi. Fərqli mədəniyyətləri tanıdıq. Praktiki əsaslı biliklər öyrədim. Əlavə olaraq İtaliya, Budapeşt və Macarıstana səfər etmək imkanım yarandı.
Polşada daha çox diqqətinizi çəkən nə oldu?
Polşada diqqətimi daha çox gənclərin rahatlığı, insanların maraqlı həyat tərzi çəkdi. Tarixi yerlər,binalar, kilsələr çoxdur. Həmçinin Polşada bir zooparkda oldum və bu Avropada olan ən böyük zooparkdır.
Proqram müddətində hansı problemlər ilə qarşılaşdınız?
Polşada bir neçə problem oldu. Düşünürəm ki, bu da normaldır, çünki biz xarici vətəndaşıq və müəyyən qaydalardan məlumatsızıq. Nəqliyyat sahəsində Azərbaycanla müqayisədə qiymətlər yüksəkdir.
Erasmus proqramlarında iştirak etmək istəyənlərə tövsiyələriniz nələrdir?
Hər bir insan bir dəfə də olsa, Erasmus da iştirak etməlidir. Xarici ölkədə tək olduğumuzdan rastlaşdığımız problemləri tək həll etməyə çalışırıq və bu da digər problemlərlə qarşılaşdıqda həll etməyi öyrədir. Yeni yerlər və biliklər kəşf edirsən. Sosial çevrə qazanırsan. Erasmus yalnız üstünlüklər qazandırır.Mən ölkəyə qayıdanda özümü inkişafa daha çox vaxt ayrılmalı olduğumun fərqində oldum.
Gələcək planlarınız nələrdir?
Təhsilimi xaricdə davam etmirək, alman, fransız və digər xarici dillər öyrənmək istəyirəm. Ən böyük məqsədim gələcək nəsillərə öyrəndiklərimi ötürmək və onların inkişafı üçün çalışmaqdır.
Asiman Hafizqızı