Dəm qazından zəhərlənənlərin sayı artıb

Bölmə: Sosial › ,
Tarix: 17:38 15.01.2024

Qış daxil olandan dəm qazından zəhərlənənlərin sayı artıb. Təkcə son iki gün ərzində paytaxtda 2, bölgələrdə isə 3 nəfər həyatını itirib. Ölüm hadisələri ilə yanaşı son anda xəstəxanlara müraciət edənlər də kifayət qədərdir. 

 

Toksikoloq Məmmədova Aynur qeyd edib ki, dekabr ayı və yanvarın 13-nə kimi Toksikologiya şöbəsinə ambulator olaraq 120 nəfər dəm qazından zəhərlənmə müraciəti olub. 

 

"10 nəfər uşaq olub, 10 nəfər stasionara qəbul olunub. Lazımi müalicələr aparılıb və xəstələr tam stabil halda eve yola salınıb. Tolsikologiya şöbəsində dekabr və yanvar ayında ölüm halı müşahidə olunmayıb".

 

Baş verən hadisələrin istintaq nəticələri onu deməyə əsas verir ki, dəm qazı ya hamam otaqlarında, ya da mətbəxtdə zəhərlənməyə gətirib çıxarır. Bunun da səbəbi insanların məişət avadanlıqlarına münasibətdə yol verdikləri səhlənkarlıqlardır. 

 

Ekspert Nüsrət Qasımov bildirib ki, axşam yatanda bütün qaz cihazlarının nəzarət kranları bağlanılmalıdır.

 

"Tüstü bacaları damdan yarım metr hündür olmalıdır. Tüstü bacalarının başında papaq olmalıdır. Sirkulizasıya sistemi dəqiq işləməlidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Heç kim əlavə cihaz quraşdırmağa, heç kimin təmir işləri görməyə, rekonstruksiya eləməyə, cihazların yerini dəyişməyə ixtiyarı yoxdur".

 

Mütəxəssislər deyir ki, birinin dəm qazından zəhərlənməsinə şübhə yaranıbsa dərhal həmin şəxsi açıq havaya çıxarılmalı, oksigenlə təmin edilməlidir. Əks halda ölüm halı qaçılmazdır.