Vaxtında yada düşməyən izolyasiya

Bölmə: Sosial › ,
Tarix: 19:23 15.01.2024

“Azərsu” ASC su sayğaclarının, boruların və digər avadanlıqların donvurmadan qorunması üçün abunəçilərə müraciət edib. Və həmişəki kimi bu məsələ abonentlərin də yadına şaxta gəlib çatanda düşüb. 

 

Digər bir maraqlı məqam ondan ibarətdir ki, vaxtında yada düşməyən izolyasiya materialları bahalı da deyil. Məsələn, sayğaca və kombiyə qədər olan boru üçün istifadə olunan qoruyucu vasitələrin qiyməti 40 qəpikdən başlayır.

 

Qiymətlərinin ucuz olmasına baxmayaraq sözügədən izolyasiyaların ömrü kifayət qədər uzun olur. Bir dəfə tətbiq edildisə uzun illər effektini göstərir deyirlər. Borularla yanaşı açıq hava ilə təmasda olan su sayğaclarının və qazanxanalarında şaxtadan qorunması mütləqdir. Çünki, sözügedən cihazların donması insanı daha çox zərərə sala bilir.

 

Usta Xaliq Abdullayev bildirib ki, izolyasiya olunmalıdır, plastic borularla yığılmalı və qutu şəkilində bağlanmalıdır.

 

"Soyuq olduğu zaman bir neçə detallar sıradan çıxr və partlayır. Kombinin içərisində dövriyyə nasosu və onun arxasında plasmas bloku var, birinci onu partladır, sonra burada su turbini var, onu partladır".

 

İzoliyasiyasız kombidə qeyd edilən bu hadisə əsasən hava mənfi 2 dərəcəni keçəndən sonra baş verir. Bu mərhələyə qədər avadanlıq sıradan çıxmasa belə artıq sərfiyyata və mənzilin düzgün isinməməsinə səbəb olur.

 

Usta əlavə edib ki, kombinin çıxışında müəyyən olunan bir temperatur var. 

 

"Hava müdaxiləsi zamanı buradakı temperatur gedib 50-yə çatana qədər 5-dərəcə fərq edir. Misalçün kombinin özündən çıxan dərəcə 50-60, borunun içindən gedib radiator çatana qədər bu olur 30-40 dərəcədir. Amma bu izolyasiya olduqda burada fərq edə bilməz".

 

Şaxta səbəbindən yararsız vəziyyətə düşən su sayğacları isə vətəndaşları və qeyri-əhali abonentlərini minimum 250 manat zərərə salır. Həmin məbləğ aidiyyəti quruma ödənilsə də yenisinin qoyulması bəzən günlərlə vaxt aparır. Bir sözlə qabaqlayıcı tədbir görmək həm cibimizə, həm də vaxtımıza qənaət deməkdir.