Bu səfər Cənubi Koreya və Amerika Birliyinə demarşdır-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 15:34 16.01.2024
Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər. Vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq. Bu barədə informator.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, son illər Şimali Koreya hərbi sahəsinə daha çox diqqət yetirir, vəsait ayırır və güc nümayiş etdirir.
"Həmçinin 2023-cü ilin sentyabrında Şimali Koreyanın prezidenti Kim Çen İnin Putinlə "Şərq" kosmodromunda görüşdü və bu görüşdən sonra Rusiya ordusu daha da gücləndi. Səbəb isə Rusiya ordusu Şimali Koreyadan çoxlu sayda raket, mərmilərin alınmasıdır".
Politoloq qeyd edir ki, hazırda Şimali Koreya Xarici İşlər Naziri və nümayəndələr Rusiyadadır və ola bilsin ki, Rusiyanın Şimali Koreyaya səfərini müzakirə edirlər.
"Günümüzdə Rusiya Sovet İttifaqının varisi kimi daim Şimali Koreyaya köməklik edir, himayədarlığında durur. Rusiya Koreyanı, Koreya da Rusiyanı dəstəkləyir və lazımi yardımlar göstərir. Putinin səfərdə məqsədi həm ikitərəfli əlaqələri genişləndirmək, həm də bu müharibə dövründə Rusiyanın iqtisadiyyatının zəifləməsinə, sanksiyalara məruz qaldığına görə bu gün Rusiyaya müharibə dövründə kömək edən dövlətlərlə əlaqəni genişləndirməkdir".
Müsahib əlavə edir ki, Şimali Koreya lideri Kim Çen İnin Putinə xüsusi münasibəti var və bu təbii ki, ilk növbədə hərbi dəstək, hərbi raketlər, mərmilər, hərbi texnika və sursat almaq üçündür.
Elşad Həsənovun sözlərinə görə, bu səfər Cənubi Koreya və Amerika Birliyinə demarşdır.
"Eyni zamanda səfər Şimali Koreyanın tək olmaldığını, onun yanında Rusiya olduğunu göstərir. Ona görə də dünyanın nizami dəyişir və dünya da güclülər bir biri ilə mübarizə, müharibə aparır və təbii ki daha güclü olan bu mübarizəni qazanır.
Politoloq sonda vurğulayır ki, səfərin əsas məqsədi Rusiyanın müharibə üçün silah sursatlar almasıdır.
Tehran Yusifli