Çoxmərtəbəli binaların tikilməsinə icazə verilməyəcək?

Bölmə: Sosial › ,
Tarix: 16:49 16.01.2024

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakıda 5 mərtəbədən hündür bina tikilməsinə icazə verilməyəcək. Bu qadağa Bakinin hansi əraziləri üçün nəzərdə tutulub? Buna səbəb nədir? 

 

Məsələ ilə bağlı Şəhərsalma sektor müdiri Aytəkin İmanova informator.az-a verdiyi açıqlamada bildirib ki, bu hadisə normal haldır.

 

‘’Bakı kimi tarixi bir şəhər olmasa belə digər şəhər mərkəzlərində də yüksək mərtəbəli binaların olması halı yaxşı qarşılanmır’’.

 

Müsahib bildirib ki, hündür mərtəbəli binaların olması şəhərsalma prinsipinidə korlayır, tarixi abidələrimizə də ziyan verir. 

 

‘’Dəfələrlə prezidentin fərmanı olub ki, şəhərin mərkəzində yeddi mərtəbədən artıq binalar tikilməsin. Çox təəsüf ki, elə məhz hündür mərtəbəli binalar da şəhərin mərkəzində tikilir’’.

 

Aytəkin İmanovanın sözlərinə görə, fərman vermək kifayət etmir, həmin yerlərdə monitorinq aparmaq, nəzarət etmək və o insanları məsuliyyətə cəlb etmək lazımdır. 

 

Sevinc Yarməmmədova