Azərbaycan özünəməxsus orbital mövqeyi ilə artıq söz sahibidir
Bölmə: Sosial › ,Tarix: 21:12 16.01.2024
Azərbaycanın artıq kosmosda orbital mövqeyi var. 3 ildir ki, "Azərkosmos" bu isqitamətdə çalışırdı. Sırf bunun üçün Azərbaycan ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə razılığa gəlib. Ekspertlər orbital mövqeyin əldə olunmasının ölkə üçün mühim əhəmiyyətinin olduğunu deyir.
Azərbaycan orbital mövqeyə sahib ölkələr sırasına daxil olmaq üçün 2020-ci il, dekabrın 8-dən Beynəlxalq Telekomunikasiya İttifaqına ərizə ilə müraciət etmişdi.
"Azərkosmos"-un sədr müavini Dunay Bədirxanov bildirib ki, orbital mövqeyin əldə olunması Beynəlxalq Telekomunikkasiya İttifaqı üzvləri yəni ölkələrin rabitə administrasiyaları ilə birbaşa görüşlər vasitəsi ilə həyata keçirilir ki, onların həmin 34 ölkənin 265 peyk şəbəkəsinə bizim "Azərspace-1"-in fəaliyyət göstərdiyi peyk şəbəkəsi hər hansı bir narahaçılıq və ya deferensiya olmamasını sübut etmək üçün müəyyən texniki analizlər aparılır və bundan sonra yalnız həmin ölkələr öz razılıqlarını verirlər.
34 ölkənin razılığına əsasən orbital mövqe rəsmi olaraq Azəbaycanın adına qeydə alınıb. Əvvəlki zamanlarda öz orbital mövqeyimiz olmadığından rabitə administrasiyası Malayziya ilə razılığa gələrək onlarla birgə fəaliyyət göstərməli olurdu. Ekspertlər deyir ki, Azərbaycanın kosmosdakı mövqeyinin müsbət tərəfləri çoxdu.
Ekspert Vüsal Yusifli qeyd edib ki, biz artıq Malayziyadan aslı olmayacağıq.
"Əvvəl biz hər hansısa bir iş görmək istəyən zaman bu orbitdə biz Malaziyadan icazə alırdıq, çünki biz onların orbit xəttindən istifadə edirdik. Hazırda bizim öz orbit xəttimiz var və biz bu orbit xəttimizdə belə deyək istədiyimizi edə biləcəyik, istədiyimizi innovasiyaları ora yerləşdirə biləcəyik".
Texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda kosmosda orbital mövqeyə sahib olmaq həmin ölkənin rabitə sistemi üçün müsbət addımdır.
Ekspert Vüsal Yusifli əlavə edib ki, bu orbitlərdə siz istədiyiniz sayda telekommunikasiya peykləri və digər mülki proseslərdə istifadə edə biləcəyiniz peykləri oradan istifadə edə biləcəksiniz və sizin texnologiyanızın ümumiyyətlə rabitə texnologiyanızın daha sürətli gətirib çıxaracaq ki, misal üçün televiziya və radio kimi xidmətlərin heç bir qırılma olmadan şəffaf təmiz və yüksək səviyyədə getməsinə böyük töhfədir.
Bir sözlə, beynəlxalq səviyyədə nüfuza sahib olan Azərbaycan özünəməxsus orbital mövqeyi ilə artıq söz sahibidir.
Lamiyə