Qardan sonra avtomobillərə mütləq şəkildə qulluq edilməlidir-Mütəxəssis detalları açıqlayır
Bölmə: Sosial › ,Tarix: 21:33 16.01.2024
Qardan sonra yəqin ki, əksəriyyət avtomobilini günəşli havalarda olduğu kimi idarəetməyə davam edir. Yəni çoxları nəqliyyat vasitəsinə qulluq etməyi düşünmür. Heç yadlarına da düşmür. Mütəxəssislər isə qardan sonra avtomobillərə mütləq şəkildə qulluq edilməlidir, deyir.
Usta Dəniz Ağabəyli bildirib ki, avtomobilin alt işlək hissələrilə bağlı çox problem yaranır.
Təmizlənmədən saatlarla avtomobillərin üzərində qalan qar nəqliyyat vasitəsinin boyasına və mühərriyinə də problem yaradır.
Ağabəyli qeyd edib ki, mühərrikin qalovka başlığı dedikdə, mühərrikin bloku, radiator, pompa, bunların hər biri partlamağa gətirib çıxara bilir. Bu da sürücümüzə hardasa 800-1500 manat arası zərər vurmuş sayılır.
"Vurğulamaq istəyirəm ki, daha çox yağışlı, qarlı havada da su olduğuna görə sürücülərimizin diqqət etmədiyi nüanslardan biri də budur ki, bir kəs öz avtomobilində baxa bilər. Avtomobilin kapotunu açdıqda sağ-sol nahiyəsində kanalizasiyalar var. Bunu yay aylarından avtomobillərin ağacların altında saxladığımıza görə oralara ağac qırıntıları, palçıq dolur və yağışlı havada, qarlı-qışlı havada baxır sız ki içəri, ayaqaltılara suvermələr olur".
Qardan sonra əsasən gecə saatlarında müşahidə edilən güclü şaxta açıq havada qalan avtomobillərin mühərrik mayelərini də dondura bilər. Mütəxəssislər tövsiyyə edir ki, şaxta ilə bir başa təmasda olan nəqliyyat vasitələri gecə boyu bir neçə dəfə işə salınmalıdır. Əks halda yaranan problemin həlli sükan sahibinə baha başa gələcək.
Sərxan