Avtomobilimizi şaxtalı və buzlu havalara necə hazırlayaq?

Bölmə: Sosial › ,
Tarix: 19:48 17.01.2024

Mövsümə uyğun olaraq havalar şaxtalı şaxtalı keçir. Həmçinin son günlərdə qarın yağmasının da şahidi olduq. Qarlı-şaxtalı havaların yollara da yan təsirlərinin şahidi oluruq. Bəs şaxtalı havada buz bağlamış yolda qalmamaq üçün avtomobilin hansı hissləri mövsümə uyğunlaşdırılmalıdır?

 

Məsələ ilə bağlı informator.az-a açıqlama verən usta Rəşad Qabulov bildirib ki, avtomobil işə salmadan əvvəl birinci növbədə soyutma sistemi qaydasında olmalıdır. 

 

"Soyutma sistemində donmayan maddə, yəni antifriz olmalıdır. Çünki dayanan avtomobildə belə sizin avtomobil sistemində soyutma mayesi əvəzinə adi su olarsa, bu, bloku partlamağına, mühərrikin sıradan çıxmasına gətirib çıxara bilər". 

 

Usta qeyd edib ki, avtomobili işə salarkən sərt şaxtalı yerdədirsə, sıfırla başlayan yağlar, yəni buna soyuğa davamlı yağlardan istifadə edilməlidir.

 

Rəşad Qabulov əlavə edib ki, avtomobil işə düşdükdən sonra hərəkət zamanı bizə lazım olan, qışa cavab verən təkərlər, yəni qış təkərləridir. 

 

"Bunların vasitəsilə sürüşmə olmur, qarda, buzda və şaxtalı havalarda özünü yaxşı aparacaq".

 

Müsahib eyni zamanda qeyd edib ki, xüsusilə yol palçıqlı və qarlı olanda görmə məhdudiyyəti yaranır və biz şüşəni silmək məcburiyyətində qalırıq. 

 

"Şüşəsilənin suyuna bizdə adi su istifadə olunur, bu isə qışda donur. Buna görə də orada donmayan maddə olmalıdır. Xüsusi donmayan mayelər var ki, şüşəsilənin su yerinə əlavə olunur və donmur".

 

Usta onu da əlavə edib ki, şüşəsilənin rezinlərini şaxtalı havada patpresdən ayırmaq lazımdır ki, yapışıb donmasın və bizim görüntü məhdudiyyətimiz yaranmasın. Eyni zamanda akkumulyator da yaxşı vəziyyətdə olmalıdır ki, xüsusilə şaxtalı havada avtomobili işə salarkən onun üzərinə böyük güc düşür. 

 

Aydan İsayeva