Günbəgün marağın artdığı "Whatsapp plus"un hansı təhlükələri var?

Bölmə: Sosial › ,
Tarix: 20:06 17.01.2024

Ən çox istifadə edilən sosial şəbəkə "Whatsapp"ın bir qədər də geniş yayılan versiyası "Whatsapp plus"dur. Mütəxəssislərin olduqca təhlükəli hesab etdiyi bu sistem vasitəsi ilə özünüz də bilmədən şəxsi məlumatlarınız, hətta bank hesablarınız belə tanımadığınız şəxslərin əlinə keçə bilər.

 

Bir çox üstünlüklər səbəbindən "Whatsapp plus" tətbiqinə günbəgün marağ artır. Amma heç kəs adıçəkilən ani mesajlaşma sisteminin nə qədər təhlükəli olduğunu bilmir.

 

"Whatsapp plus" mobil tətbiqi şəxsi məlumatların, bank hesablarının rahat şəkildə oğurlanmasına səbəb olur. Bunu isə kiberdələduzlar edir.

 

ETX-nin (Elektron Təhlükəsizlik Xidməti) sektor müdiri Ləman Hüseynzadə bildirib ki, vətəndaşların maliyyə itkisi ilə üzləşməsinin eləcə də onların fərdi məlumatlarinin oğurlanmasının və cihazlarının zərərverici proqramlara yoluxdurulmasısın son zamanlar ən böyük səbəblərindən biri "whatsapp plus" və digər bu kimi etibarlı mənbələrdən yüklənməyən, rəsmi olmayan tətbiqlərin yüklənməsi nəticəsində baş verir.

 

"Kiberdələduzlar vətəndaşların ələ keçirdiyi bu məlumatlarını, fərdi məlumatlarını 3-cü tərəflərə ötürə bilər və ya vətəndaşların cihazlarından növbəti kiberhücumların həyata keçirilməsi üçün istifadə edə bilər".

 

Qeyri-rəsmi proqram olduğu deyilən "Whatsapp plus"un təhlükəsi bununla bitmir.

 

Mütəxəssis Elvin Abbasov qeyd edib ki, bu tətbiq qarşı tərəfin konfensionallığını pozur. 

 

"Məsələn, silmədə o göstərə bilir və ya silmədən başqa statuslar silindiyində o göstərə bilir. Online olaraq göstərə bilir. Bunlar beynəlxalq standartlarda tənzimlənir ki, burda istifadəçinin huquqlari var istifadəçi nəyi özü istərsə, onu bəyan etməlidir. Biz "watshapp plus" istifadə etdiyimizdə bütün yazışmalarımız, səkillərimiz, görüntülərimiz onlar üçün əlçatandır. Yazışmalarımızı, şəkillərimiz toplaya bilər, sata bilər, üçüncü tərəflərə ötürə bilər, korporativ məqsədlərlə ötürə bilər, seqmentləşdirə bilər, analiz edə bilər".

 

Mütəxəssislərin fikrincə "Whatsapp plus" tətbiqi ümumiyyətlə mobil cihazlara, kompyuterlərə yüklənməməlidir. Üstəlik istifadə edilənlər də dərhal silməlidir. Əks halda kiberdələduzların oğurladıqlarını heç bir halda geri qaytara bilməyəcəksiniz.