Hepatit A virusu yayılır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 18:23 18.01.2024

Bakının 2 qəsəbəsində- Əmircan və Bülbülədə hepatit A virus infeksiyası yayılıb. Bu barədə informator.az-a açıqlamasında həkim Mərdan Əliyev bildirib ki, bu virus daha çox uşaqlar arasında olur, böyüklər buna qarşı həssas deyil. 

 

"Bunlar hepatotrop viruslardır, yəni qaraciyər hüceyrələrinə təsir göstərir və orada kəskin iltihab törədirlər. Bunun yoluxma yolu fekal-oral mexanizmi deyilir. Çirkli əllər, qida və su vasitəsilə yoluxma baş verir".

 

Həkim qeyd edib ki, daha çox uşaqların toplu olduğu yerlərdə, uşaq bağçalarında, məktəblərdə yoluxma baş verir.

 

"Uşaqlardan birində əgər bu xəstəlik varsa, digərlərinə də yoluxur".

 

Mərdan Əliyev əlavə edib ki, yoluxmanın qarşısını almaq üçün əllərin yaxşı yuyulması, əl gigiyenasına riayət etmək mütləqdir.

 

"Həmçinin yoluxmuş uşaqları təcrid etmək lazımdır. Xəstə uşaqları diqqətli müayinə edib toplu yerlərdən uzaq tutulmalıdır ki, yoluxmanın qarşısı alınsın".

 

Aynur Babayeva