İranda baş verən hadisələr Azərbaycana dolayı və birbaşa təsir edə bilər-Mübariz Göyüşlü
Bölmə: Siyasət › ,Tarix: 20:41 18.01.2024
"Düşünürəm ki, ABŞ-ın İraqdakı hərbi bazalarının bombalanmasına cavabı İranda Kirmandakı kimi terror aktlarının çoxalması ilə olacaq".
Bu sözləri siyasi şərhçi Mübariz Göyüşlü informator.az-a açıqlaması zamanı qeyd edib.
Müsahib İranın ABŞ-ın hərbi bazasını bombalaması, Yaxın və Orta Şərqdə baş verən hadisələrlə bağlı fikirlərini saytımızla bölüşüb:
"Düzdür, Kirmandakı hadisələri İŞİD öz üzərinə götürsə də, bunu İŞİD yox ABŞ-ın etmə ehtimalı daha çoxdur. ABŞ-ın uzun illərdir məqsədi İranın daxildən zəiflətməkdir".
Siyasi şərhçi əlavə edib ki, əlbəttə, baş verən bu hadisələr Yaxın və Orta Şərqdə gərginliyi artıracaq.
"Yaxın və Orta Şərq həmişəki kimi barut çəlləyidir. Amma baş verən bu hadisələrin Azərbaycana birbaşa təsiri olmasa da, dolayı yolla təsiri olacaq. İran bizim qonşumuzdur. Orada baş verən hadisələr Azərbaycana dolayı yolla təsir edəcək. Lakin Azərbaycanın buradaki mövqeyi hər zamankı kimi bölgədə sülh və əmin-amanlıqdan yanadır".
Mübariz Göyüşlü sonda bildirib ki, bölgədə sülh nə qədər tez əldə olunarsa, bu bizim üçün o qədər yaxşı olar.
Yusif Mamedov