DİM-in və kursların sınaq imtahanları arasındakı fərqlər nələrdir? -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:23 19.01.2024
Ali məktəbə qəbul olmaq istəyən abituriyentlər, imtahanlara hazırlaşan şagirdlər öz biliklərini yoxlamaq, imtahan prosesi ilə tanış olmaq üçün sınaq imtahanlarında iştirak edirlər.
Dövlət İmtahan Mərkəzi(DİM) ilə yanaşı, müxtəlif hazırlıq kurlası, tədris mərkəzləri də sınaq imtahanları təşkil edilər.
Bəs, DİM və hazırlıq kurslarının təşkil etdiyi sınaqların arasında qiymətləri ilə yanaşı, başqa hansı fərqləri var?
Sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, DİM daha çox ümumi imtahan, hazırlıq mərkəzləri isə mövzular üzrə, yalnız imtahana bir ay qalmış ümumi imtahan keçirir.
" Digər fərq odur ki, DİM daha kütləvi imtahanlar keçirir, bunun üçün sualların hazırlanması, imtahanın keçirilməsi üçün nəzarətçilərin təyin olunması, müvafiq imtahan binalarının icarəyə götürülməsi, sualları yoxlayacaq maklerlərə müəyyən ödənişlərin verilməsi xərclərə təsir etdiyi üçün hazırlıq mərkəzlərinin imtahanlarına nisbətən qiymətlər daha yüksək olur. Hazırlıq kurslarında isə kütləvi deyil".
Ekspert qeyd edir ki, DİM -in keçirdiyi imtahanlarda abituriyentlər imtahan öncəsi özlərini imtahan prosesinə daha adaptasiya olurlar. Sualların formatı, modeli abituriyentlər üçün qarşıdakı imtahanlarla tanışlıq xarakteri daşıyır.
Elçin Əfəndi sonda abituriyentlərə məsləhətlər edir.
"Abituriyentlərə məsləhətim odur ki, DİM-in keçirdiyi imtahanlara qədər müxtəlif kursların sınaq imtahanlarında iştirak etməklə hansı mövzularda zəif olduqlarını bilib, onları aradan qaldırmaq üçün çalışsınlar".
Nəzrin Mirzəyeva