Kamran Əliyevdən separatçılar və Binəqədidəki partlayışla bağlı -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:14 22.01.2024

"Bakıda saxlanılan erməni separatçıların istintaqı beynəlxalq konvensiyalara riayət olunmaqla davam edir". Bu sözləri baş prokuror Kamran Əliyev deyib. O həmçnin yanvarın 9-da Perinatal Mərkəzdə 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın hadisəsinin və 5 gün öncə Binəqədidəki mebel sexində qeydə alınan güclü partlayışın istintaqı ilə bağlı açıqlama da verib.

 

"Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq konvensiyalara riayət olunmaqla davam edir. Onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək".

 

Baş prokuror Kamran Əliyev bildirib ki, bu separatçılar Ermənistanın qolu olan bir qüvvə kimi orda fəaliyyət göstəriblər, separatçılıqla məşğul olublar və digər çoxsaylı qanunsuz hərəkətlər törədiblər.

 

"Bütün bunlarla bağlı, hərtərəfli geniş istintaq tədbirləri həyata keçirilir, çünki orda görüləsi hal-hazırda işlər çoxdur. Azərbaycan Respublikasının qoşulmuş olduğu beynəlxalq konvensiyaların tələblərinə və milli qanunvericiliyin, cinayət proses qanunverciliyin tələblərinə uyğun olaraq, bütün istintaq hərəkətləri təqsirsizlik funksiyası prinsiplərinə riayət edilməklə aparılır".

 

Baş prokuror bu ilik ilk ayında 6 gün fasilə ilə qeydə alınan və ümumilikdə 14 nəfərin həyatına son qoyan hadisələrin istintaq gedişindən də danışdı.

 

Kamran Əliyev Binəqədidə dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə baş sağlığı verib. Cinayətdə təqsirli şəxslərin də müəyyən edilib məsuliyyətə cəlb edilməsinin təmin ediləcəyini bildirdi.

 

Kamran Əliyevin həmçinin əlavə etdi ki, perinatal mərkəzdə qeydə alınan hadisə ilə bağlı təqsirləndirilənlər olsa da, istintaq tədbirləri hələ yekunlaşmayıb.