Pioninonun yaradılmasının tarixi
Bölmə: Araşdırma › , Maraqlı › ,Tarix: 20:44 23.01.2024
Alətləri səsləri necə çıxardıqlarına görə üç kateqoriyaya bölmək olar. Bu kateqoriyalar simli alətlər, nəfəs alətləri və zərb alətləridir. Pianonun nəslini klavikord, klavesin və santur kimi müxtəlif alətlər vasitəsilə izləmək olar. Ancaq daha da geriyə getsək, pianonun monokordun nəslindən olduğunu görərdik. Başqa sözlə desək, fortepiano nəslindən asılı olaraq simli alət kimi təsnif edilə bilər.
Səslərin simlərin titrəyişindən gəldiyinə görə piano simli alət kimi təsnif edilsə də, çəkic həmin simlərə dəydiyi üçün zərb aləti kimi də təsnif edilə bilər.
Piano klaviatura ailəsinin bir hissəsi hesab olunur. Klaviaturalı alətlərin tarixi çox keçmişə gedib çıxır və səs çıxarmaq üçün borular vasitəsilə hava partlamalarını göndərən orqandan qaynaqlanır. Ustalar pianoya bir addım daha yaxın olan klavikord aləti hazırlamaq üçün orqanı təkmilləşdirdilər.
Klavikord ilk dəfə 14-cü əsrdə ortaya çıxdı və intibah dövründə məşhurlaşdı.
Piano italiyalı Bartolomeo Kristofori (1655-1731) tərəfindən icad edilib.
Kristofori musiqiçilərin klavesin səs səviyyəsinə nəzarət etməməsi ilə kifayətlənmirdi. O, təxminən 1700-cü ildə müasir fortepiano yaratmaq üçün çəkiclə qoparma mexanizmini söndürdüyü hesab olunur.
Alət əslində ilk olaraq, "clavicembalo col piano e forte" (hərfi mənada yumşaq və yüksək səslər çala bilən klavesin) adlandırıldı. Bu, indi ümumi adı olan "piano" ilə qısaldıldı.
Mənbə: www.yamaha.com
Tərcümə etdi: Gülnisə Əfkari