"Hepatit A" virusuna yoluxmalar davam edir-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:39 24.01.2024

Bir neçə gün əvvəl Əmircan və Bülbülə qəsəbələrində "hepatit A" virusunun yayıldığı xəbər verildi. Sakinlər deyirdilər ki, qəsəbələrdə virusa yoluxanlar sürətlə artır. Əksəriyyət yoluxma hallarının azaldığını, təhlükənin sovuşduğunu desə də, bəzi sakinlər hələ də ehtiyatlı davranır.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyindən verilən məlumata görə, hazırda yeni yoluxma halları qeydə alınmayıb. Virusla bağlı xəstəxanalarda müalicə alanlar isə artıq tam sağalaraq evə buraxılıblar.

 

Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Namiq Nəbiyev bildirib ki, 15-dən sonra bizə ilk dəfə Əmircan, Bülbülə qəsəbəsindən bir neçə xəstə daxil olmağa başladı.

 

"Dərhal Əmircan kəndinin tabe olduğu Suraxanı rayon GM-inə məlumat verdik. Yəni sizin ərazidən xəstələr bura gəlirdi və ondan sonra ilin sonuna qədər nisbətən azaldı. İlin əvvəllərindən isə yenidən burda artım başladı. Ondan sonra artıq biz xəstəxanada sırf öz şöbəmizi Hepatit A ilə bağlı xəstələrin qəbul edilməsinə saxladıq".

 

Qeyd edək ki, "hepatit A" virusu adətən çirkli əllər, çirklənmiş su və gigiyenik qaydaların pozulması ilə yayılır.