FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "2023-cü ilin yekunlarına dair" brifinqi keçirilib

Bölmə: Sosial › ,
Tarix: 22:47 25.01.2024

"Partlayış, yanğın və digər təhlükə yarada bilən 3 min 112 obyektə nəzarət keçirilib, 6364 nəfərin təhlükəsizlik qaydaları üzrə bilik səviyyələri yoxlanılıb". 

 

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "2023-cü ilin yekunlarına dair" bu gün keçirilən brifinqində agentliyin sədri  Vüsal Ağayev deyib.
O, bildirib ki, daxil olan 432 şikayətin 401-nə baxılıb, ümumilikdə 2023-cü il ərzində 21 min 377 sənəddən 14 891-i baxılması üçün müvafiq aidiyyatı qurumlara göndərilib.

 

Agentliyin sədri Vüsal Ağayev bildirib ki, 36 min 557 qurgu və avadanlıqlar üzrə texniki müainələr keçirilib, 5055 akt tərtib edilib.

 

" İstismar olunan 8928 ədəd qurğu və avadanlığa texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fikiki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar, 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib".

 

 

Gülnar